...

Silk Way Travel-dan Şarm əş-Şeyx kurortuna sərfəli turlar (FOTO)

Cəmiyyət Materials 25 May 2016 16:10 (UTC +04:00)
"Silk Way Travel" şirkəti yay mövsümünə yeni və sərfəli təklif təqdim edir.
Silk Way Travel-dan Şarm əş-Şeyx kurortuna sərfəli turlar (FOTO)

Bakı. Trend:

"Silk Way Travel" şirkəti yay mövsümünə yeni və sərfəli təklif təqdim edir - Qırmızı dənizin məşhur Şarm əş-Şeyx kurortunda istirahət cəmi 380 USD-dan başlayan qiymətlərlə!

Qiymətə aşağıdakılar daxildir:

- Birbaşa uçuş ( "Air Cairo" aviaşirkəti ilə);
- 6 gecə/7 gün 4* hoteldə gecələmə;
- S
ığorta;
- Transfer xidməti (hava liman
ı-hotel-hava limanı).

Viza turist tərəfindən Şarm əş-Şeyx hava limanına gəldikdə ödənilir (qiymət - 25 USD).

Qeyd olunan qiymətlər iki nəfərlik otaqda qalmaq şərtilə bir nəfər üçün hesablanıb və 2016-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.

Ən aşağı tarif üzrə yerlərin sayı məhduddur.

Şarm əş-Şeyx kurortuna ilk uçuş iyunun 3-də yerinə yetiriləcək. Uçuşlar "Air Cairo" aviaşirkəti tərəfindən həftədə 1 dəfə - hər cümə günü həyata keçiriləcək.

Bundan əlavə, Bakı - Şarm əş-Şeyx - Bakı marşrutu üzrə aviabiletləri "Air Cairo" aviabilet satışı üzrə Azərbaycandakı rəsmi agenti Silk Way Travel-in ofislərində əldə etmək mümkündür. Bu istiqamətdə gediş-dönüş aviabiletinin qiyməti 250 USD-dan başlayır.

Çimərlik istirahəti və sualtı üzgüçülüyü sevənlər üçün Şarm əş-Şeyx kurortu idealdır. Mərcan rifləri, zəngin fauna, müxtəlif rəngli balıqlar və s. dayvinq sevənlər üçün olduqca maraqlı olacaq. Misirin bu məşhur kurortu artıq uzun illərdir ki, komfortlu və sakit istirahət üçün ideal məkan hesab olunur.

Ətraflı məlumat və turun bronlaşdırılması üçün:

Ünvan: Nizami küç, 126 A, AZ1010, Bakı, Azərbaycan
Тelefon: (012) 437-40-85; (012) 598 88 80; *8880
Email: [email protected]
Facebook səhifəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti