...

"Bakı - gözləmədiyin Şərq, sürprizlərlə zəngin şəhər"

Cəmiyyət Materials 27 May 2016 20:40
İtaliyanın məşhur “FEM” jurnalı Azərbaycanın turizm potensialından yazıb.
"Bakı - gözləmədiyin Şərq, sürprizlərlə zəngin şəhər"

Trend-i buradan izləyin

Bakı. Trend:

İtaliyanın məşhur "FEM" jurnalında jurnalist Lukretsiya Ferrante "Bakı - gözləmədiyin Şərq, sürprizlərlə zəngin şəhər" adlı məqaləsi dərc edilib. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Məqalədə müəllif ölkəmiz haqqında, onun mədəniyyəti, ədəbiyyatı, mətbəxi, yerləşdiyi coğrafiya, tarixi, iqtisadi inkişafı və potensialı barədə məlumat verərək, Bakının və ümumiyyətlə, Azərbaycanın turizm imkanlarından danışır. Ölkədə yaradılmış turizm infrastrukturu, bu imkanların tanıdılması məqsədilə Birinci Avropa Oyunları və Milan EXPO-dakı pavilyonumuzun yüksək səviyyədə təşkil olunduğunu və yaxın günlərdə Formula 1 Avropa Qran Prisinin paytaxtımızda keçirilməsinin növbəti əlamətdar hadisə olacağını qeyd edir. Daha sonra Bakının memarlığından bəhs edərək, onun Şərqlə Qərbin, keçmişlə müasirliyin zövqlü qarışığı olmasına toxunur, Qız Qalası, Şirvanşahlar Sarayı, Heydər Əliyev Mərkəzi, "Flame Towers", Bayraq Meydanı və digər memarlıq cəhətdən əhəmiyyəti olan yerlər barədə məlumat verir.

Məqaləsində ölkəmizin regionlarının turizm imkanlarına da yer verən müəllif, italiyan turistlərə Şahdağ və Tufandağ dağ-xizək kompleksləri, Quba, Qəbələ, Gəncə və Şəki rayonlarında yaradılmış turizm infrastrukturu və imkanlarından danışır, bu yerləri ziyarət etməyi tövsiyə edir.

Sonda müəllif Azərbaycan-İtaliya əlaqələrindən bəhs edərək, onun yüksək səviyyədə olduğunu vurğulayır, münasibətlərin iki ölkə arasında hərtərəfli əməkdaşlığı əhatə edən, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13-15 iyul 2014-cü il tarixlərində İtaliyaya rəsmi səfəri zamanı İtaliya Baş naziri Matteo Renzi ilə birgə qəbul edilmiş "Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji əməkdaşlıq haqqında Bəyannamə"yə əsaslandığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti