...

Türkdilli ölkələrin şagirdləri üçün yeni fənnin tədrisi təklif olunur

Cəmiyyət Materials 4 İyun 2016 11:42 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Türk dünyası ölkələrindəki orta məktəblərdə ortaq türk tarixi fənni keçirilməlidir və ölkələr tərəfindən belə bir təklif də irəli sürülüb. Hər halda biz Azərbaycanda və Türkiyədə bunu edəcəyik". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, türk dünyası ölkələrinin şagirdləri üçün ortaq türk tarixinin yazılması nəzərdə tutulur. Yazılacaq vəsait tədris zamanı əlavə vəsait kimi deyil, dərslik kimi istifadə olunacaq: "Ortaq türk tarixi hazırlandıqdan sonra onu sosial şəbəkədə yayıb təkliflərin hamısını nəzərə alacağıq, daha sonra şagirdlər üçün ortaq türk tarixi üzrə dərslik yazacağıq".

Y.Mahmudov bildirib ki, ortaq türk tarixi dərsliyinin hansı siniflər olacağını müəyyənləşdirmək üçün ümumi məxrəcə gəlmək lazımdır.

İnstitutun direktoru qeyd edib ki, Türkiyədə və Azərbaycandakı siniflərdə dərsliklərin bölgüsü eyni deyil. Ona görə də ortaq türk tarixi dərsliyinin hansı siniflər üzrə tədris olunacağı ilə bağlı ölkələrin Təhsil nazirlikləri vasitəsilə razılığa gəlinməlidir: "Azərbaycanda tarixin tədrisinə 5-ci sinifdən başlanılır. Amma Türkiyədə, eləcə də digər türkdilli ölkələrdə belə deyil. Buna görə də ümumi razılığa gəlməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti