...

İcra başçısı: Ağdamda dolu əkin sahələrinə ciddi ziyan vurub

Cəmiyyət Materials 6 İyun 2016 16:05 (UTC +04:00)
Bu gün Ağdam rayonuna güclü dolu düşüb.
İcra başçısı: Ağdamda dolu əkin sahələrinə ciddi ziyan vurub

Bakı. Samir Əli - Trend:

Bu gün Ağdam rayonuna güclü dolu düşüb.

Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, güclü dolu rayonun Quzanlı qəsəbəsi və Çəmənli kəndinə daha ciddi ziyan vurub: "Rayonun bir neçə kəndinə dolu düşüb. Çəmənli və Quzanlını isə dolu daha güclü vurub".

Onun sözlərinə görə, Çəmənlidə taxıl və digər əkin sahələrinə də ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti