...

AMAY-ın rəhbəri azadlığa buraxıldı

Cəmiyyət Materials 8 İyun 2016 11:52 (UTC +04:00)
Bu gün Ali Məhkəmədə AMAY ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb.
AMAY-ın rəhbəri azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Ali Məhkəmədə AMAY ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb.

Vəkil Şahin Rəfiyevin Trend-ə verdiyi məlumata görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə A.Abdullayevin ittiham olunduğu 193-1.3.2-ci maddəyə xitam verilərək 70-ci maddə tətbiq olunub və o, 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. İttihama görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti