...

Bellissa daha üç məkanda mebel salonları açır (FOTO)

Cəmiyyət Materials 14 İyun 2016 12:29 (UTC +04:00)
Azərbaycanın qabaqcıl mebel brendinə çevrilən Bellissa fəaliyyətini daha da genişləndirir.
Bellissa daha üç məkanda mebel salonları açır (FOTO)

Bakı. Trend:

Bellissa paytaxt Bakı və ölkə üzrə fəaliyyətini genişləndirir. Bu yaxınlarda Neftçilər filialının açılışını reallaşdıran Bellissa yaxın vaxtlarda daha 3 məkanda mağazalarının qapılarını müştərilərin üzünə açacaq.

Qısa müddət ərzində istehlakçıların sevimli mebel brendinə çevrilən Bellissa tezliklə Mərdəkanda alıcıları ilə görüşə gələcək. Bölgələrdə isə Şəmkir və Göyçayda yeni filiallarının açılması gözlənilir. Bellissa-nın yeni mağazalarında hər cür zövqü oxşayacaq istənilən növ ev və ofislərdə rahatlığı təmin edən keyfiyyətli mebellər təqdim olunacaq.
Bu yaxınlarda Bellissa Neftçilər Filialını müştərilərin ixtiyarına vermişdir. Mebel evinin təntənəli açılış mərasimində tanınmış sənət adamları, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər. Həmin mərasimdə Bellissa-nın siması seçilən müğənni Sevda Yəhyayeva bundan sonra da şirkətin rəsmi tədbirlərində bu mebel brendini təmsil edəcək.

Keyfiyyət və qiymətin vəhdətini təmsil edən Bellissa-nın hazırda paytaxtda Babək, Yasamal, Əhmədli və Neftçilər Filialları fəaliyyət göstərir. Sumqayıt şəhərində də mağazası olan mebel brendinin Ağdam, Saatlı, Mingəçevir, Quba, Zaqatala, Bərdə, Ağcabədi, Goranboyda da mağazaları fəaliyyət göstərməkdədir. Bu mağazalarda zəngin məhsul müxtəlifliyi təqdim olunur.

"Bellissa ilə yaşamaq gözəldir!" şüarı ilə ölkəmizdə alıcıların ürəyinə yol tapan şirkət mağazalarında bir-birindən gözəl və fərqli mebel kolleksiyalarını təqdim edir. Mebel sənayesində öz sözünü deməyi bacaran Bellissa yüksək keyfiyyətə üstünlük verdiyinə görə, istehsalda yalnız modern texnologiyaları tətbiq edir.

300-ə yaxın işçisi olan bu şirkət öz məhsullarını yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də təqdim edir. Belə ki, artıq Bellissa ixracçı şirkət kimi beynəlxalq bazarda seçmə markalar arasına qatılmağı bacarıb.

Qeyd edək ki, müştəri məmnuniyyətinə önəm verən Bellissa şirkətində *0085 - qaynar xətti də fəaliyyət göstərir. Bu qısa nömrəyə zəng etməklə şirkətin təqdim etdiyi məhsullar və onların qiymətləri, mağazaların yerləri və iş rejimi, göstərilən xidmətlər haqqında ətraflı məlumat almaq mümkündür.

Vətəndaşlarımızı gözəl və rahat mebellə təmin etmək niyyətində olan Bellissa şirkəti Azərbaycan xalqını qarşıdan gələn müqəddəs bayram - Ramazan bayramı münasibətilə təbrik edir, hər kəsin oruc və namazının qəbul olmasını, arzularının həyata keçməsini diləyir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti