...

Fransız azarkeş: "Bakı Formula 1-ə əla hazırlaşıb"

Cəmiyyət Materials 17 İyun 2016 19:09
Bakı Formula 1 Avropa Qran-prisinin keçirilməsinə əla hazırlaşıb.
Fransız azarkeş: "Bakı Formula 1-ə əla hazırlaşıb"

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı "Formula 1" Avropa Qran Prisinin keçirilməsinə əla hazırlaşıb.

Bunu Trend-ə fransalı azarkeş Sara Qael deyib.

O, Bakı ilə bağlı təəssüratlarını bölüşüb: "Şəhərin küçələri, parkları çox xoşuma gəldi. Çimərlikdə də oldum, ora da çox xoşuma gəldi. Bir neçə gündür burada hava istidir və su da artıq istidir".

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti