...

Britaniyalı turist: "Bakı turizm baxımından cəlbedici şəhərdir"

Cəmiyyət Materials 19 İyun 2016 11:52 (UTC +04:00)
“Bakını çox bəyəndik, şəhərin arxitekturası xüsusilə gözəldir”.
Britaniyalı turist: "Bakı turizm baxımından cəlbedici şəhərdir"

Bakı. Elçin Mehdiyev – Trend:

“Bakını çox bəyəndik, şəhərin arxitekturası xüsusilə gözəldir”.

Bunu Trend-ə Bakıya "Formula 1" yarışmasını izləməyə gəlmiş britaniyalı turist Viktoria Hills deyib.

O bildirib ki, Bakının dəniz kənarında yerləşməsi şəhərə xüsusi gözəllik verir:

"Formula 1" yarışması Bakının bu gözəlliyini dünyaya nümayi etdirməyə imkan yaradacaq. Bakı turizm baxımından cəlbedici bir şəhərdir, insanda xoş təəssürat yaradır”.

Çex turist: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"

Çex turist: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir"

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti