...

Bakıda bir gündə 50-dən çox şəxs cəzadan azad edildi (FOTO)

Cəmiyyət Materials 21 İyun 2016 17:07 (UTC +04:00)
Amnistiya aktının icrası davam etdirilir.
Bakıda bir gündə 50-dən çox şəxs cəzadan azad edildi (FOTO)

Bakı. Trend:

İyunun 21-də Ədliyyə Nazirliyinin Nəsimi və Sabunçu rayon icra şöbələrində vətəndaş cəmiyyətinin, məhkumların qohumları və yaxınlarının, media nümayəndələrinin iştirakı ilə bu amnistiya aktının icrası həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlərdə amnistiya aktının məhkumlar və bütövlükdə cəmiyyətimiz tərəfindən alqışlandığı, humanizm siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş sayca 4-cü amnistiya aktının mahiyyətindən və əhəmiyyətindən bəhs olunub.

Amnistiya aktının Nəsimi və Sabunçu rayonları üzrə azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəzalara, o cümlədən cərimə cəzasına və islah işlərinə məhkum olunmuş 50-dən çox şəxsə bir gündə tətbiq edildiyi vurğulanıb.

Cəzadan azad olunan şəxslər dövlət başçısı cənab İlham Əliyevə və amnistiya aktının təşəbbüskarı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, bir daha cinayət etməyəcəklərinə və qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər.

Amnistiya aktının icrası davam etdirilir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti