...

Amnistiya Qərarı indiyədək 2000-dən çox şəxsə şamil edilib

Cəmiyyət Materials 13 İyul 2016 17:52 (UTC +04:00)
Cəzaçəkmə müəssisələrində Amnistiya Qərarının icrası davam edir.
Amnistiya Qərarı indiyədək 2000-dən çox şəxsə şamil edilib

Bakı. Trend:

Azərbaycanın cəzaçəkmə müəssisələrində Amnistiya Qərarının icrası davam edir.

Trend Penitensiar Xidmətə istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibətilə elan edilmiş humanizm təntənəsinin davamı olan Milli Məclisin 20.05.2016-cı il tarixli Amnistiya Qərarı bu günə kimi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan 2000 nəfərdən artıq şəxsə şamil edilib. Onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır.

Amnistiya Qərarına əsasən cəzaçəkmə müəssisələrindən azadlığa çıxmış məhkumlardan 43 nəfəri qadındır.

Ümumilikdə Amnistiya Qərarının 10 minə yaxın məhkuma şamil olunacağı gözlənilir.

Amnistiya Qərarının icrası davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti