...

Müəllimlərin işə qəbul üzrə ixtisas seçimi sabah bitir

Cəmiyyət Materials 6 Avqust 2016 16:21 (UTC +04:00)
Avqustun 7-də saat 00:00-da ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi - vakansiya seçimləri başa çatacaq.
Müəllimlərin işə qəbul üzrə ixtisas seçimi sabah bitir

Bakı. Trend:

Avqustun 7-də saat 00:00-da ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi - vakansiya seçimləri başa çatacaq.

Namizədlər bu mərhələdə şəxsi səhifələrinə daxil olub topladıqları bala uyğun vakant yerləri seçirlər.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın ümumi təhsil müəssisələrindəki 3.381 vakansiya müsabiqəyə çıxarılıb.

Növbəti mərhələyə keçmək hüququ əldə edən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti