...

Sabah 42 dərəcə isti olacaq

Cəmiyyət Materials 8 Avqust 2016 12:35 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Sabah 42 dərəcə isti olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə məlumatına görə, avqustun 9-da hava yağmursuz olacaq.

Şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39° isti olacağı gözlənilir. Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 20-30 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti