...

Olimpiadanın səkkizinci günündə beş Azərbaycan idmançısı yarışacaq

Cəmiyyət Materials 12 Avqust 2016 05:48 (UTC +04:00)
Olimpiadanın səkkizinci günündə beş Azərbaycan idmançısı yarışacaq
Olimpiadanın səkkizinci günündə beş Azərbaycan idmançısı yarışacaq

Bakı. Trend

Olimpiadanın səkkizinci günündə beş Azərbaycan idmançısı yarışacaq.

Avqustun 12-i Azərbaycan boksçuları Albert Səlimov(60 kq, 1/4 final) və Kamran Şahsuvarlı (75 kq, 1/8 final) növbəti mərhələyə vəsiqə qazanmaq üçün rəqibləri ilə yarışacaqlar.

Cüdoçu Uşanqi Kokauri 1/16 finalda latviyalı Arturs Nikiforenko ilə döyüşəcək.

Həmçinin Ruslan Lunyov (güllə atıcılığı, 25 m ) və Anna Skidan (atletika, çəkicatma) yarışlara qatılacaqlar.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti