...

Azərbaycanda fərdi şəxsi hesabı olan əcnəbilərin sayı artıb - 1 464 nəfər

Cəmiyyət Materials 16 Avqust 2016 15:07 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı artmaqda davam edir.
Azərbaycanda fərdi şəxsi hesabı olan əcnəbilərin sayı artıb - 1 464 nəfər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin iyul ayında sistemdə daha 1 464 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb. Beləliklə də fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı bu ilin 01 avqust tarixinə 32 531 nəfər təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Sistemdə qeydiyyatda olan əcnəbilərin 88,4 faizi kişilərdən, qalanları qadınlardan ibarətdir.

Fərdi şəxsi hesabı olan əcnəbilər sırasında Тürkiyə (15 108 nəfər), Gürcüstan (3 191 nəfər) Rusiya (1 859) vətəndaşları çoxluq təşkil edirlər. Həmçinin sistemdə Özbəkistan (1750), Hindistan (1 373), İran (1 025), Çin (902), Banqladeş (785), Pakistan (683), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (632), Ukrayna (529), Türkmənistan (312), Filippin (288), ABŞ (281), Almaniya (266), Qazaxıstan (249), İtaliya (213) və s. ölkələrin vətəndaşları qeydiyyatdadır. Sistemin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər.

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan, ölkəmizin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər üçün fərdi şəxsi hesab açılması ölkə vətəndaşları kimi onların da gələcək sosial təminat və pensiya hüquqlarının formalaşmasına imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti