Bakı. Trend:
FANA-nın rəhbəri Voldu Yemessel Barek Bakı Dövlət Universitetində olub.
BDU-dan Trend-ə verilən məlumata görə, Efiopiyanın "FANA Boadcasting Corporate 5с"-in rəhbəri Voldu Yemessel Barek Bakı Dövlət Universitetində olub və Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında görüş keçirib.
Görüşdə fakültənin dekan əvəzi, professor Cahangir Məmmədli, Radio və teleziya kafedrasının müdiri dosent Aynur Kərimova, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları, müəllim-tələbə kollektivi iştirak edib.
V.Y.Barek V Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana səfər edib.