...

Şirvan Milli Parkında partlamamış hərbi sursatlar tapılıb (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2016 18:59 (UTC +04:00)
ANAMA tərəfindən oktyabrın 4-də Ağdam, Xocavənd, Tərtər və Salyan rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
Şirvan Milli Parkında partlamamış hərbi sursatlar tapılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən oktyabrın 4-də Ağdam, Xocavənd, Tərtər və Salyan rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Ağdamın Əhmədağalı kəndində əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış F1 əl qumbarası aşkar edilərək götürülüb.

Xocavənd ərazisində də əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi OF-530) aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Tərtərin Yuxarı Qapanlı kəndi ərazisində əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, partlamamı hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 4 000 kv.m ərazi yoxlanılıb.

Salyan rayonu Şirvan Milli Parkı ərazisində 13 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 100 mm-lik top mərmisi (BR-412), 1 ədəd 100 mm-lik (PBR-412), 1 ədəd 57 mm-lik top mərmisi (O-271), 1 ədəd 85 mm-lik top mərmisi (O-365), 1 ədəd 45 mm-lik top mərmisi (BR-243), 2 ədəd 100 mm-lik top mərmisi (OF-412), 5 ədəd 37 mm-lik top mərmisi (OR-167) və 1 ədəd PQ raketinin mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 04 oktyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 528 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti