...

Səhiyyə Nazirliyi: Krandan daş düşməsi nəticəsində yaralananların vəziyyəti ağırdır

Cəmiyyət Materials 11 Oktyabr 2016 15:12 (UTC +04:00)
Bakının Rəşid Behbudov küçəsində tikilməkdə olan binada krandan daş yükünün aşması nəticəsində yaralananların vəziyyəti ağırdır.
Səhiyyə Nazirliyi: Krandan daş düşməsi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Rəşid Behbudov küçəsində tikilməkdə olan binada krandan daş yükünün aşması nəticəsində yaralananların vəziyyəti ağırdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Qadına hadisə yerində tibbi yardım göstərilib və evə buraxlılıb. Qalan 4 nəfər (2 qadın, 2 kişi) təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Yardım Mərkəzinə gətirilib.

Hazırda xəstələrin vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti