Akif Çovdarov barəsində tibbi ekspertiza təyin olundu (YENİLƏNİB)

Akif Çovdarov barəsində tibbi ekspertiza təyin olundu (YENİLƏNİB)

İlk xəbər saat 14:12-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi etdirilib.

Trend-in məlumatına görə, prosesdə A.Çovdarov vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina etməsi barədə verdiyi ərizəsini geri götürüb. Təqsirləndirilən şəxs bildirib ki, o əvvəlki vəkilləri ilə yanaşı, vəkil Şahin Rəfiyevlə də müdafiəsi üçün müqavilə bağlayıb.

Prosesdə A.Çovdarovun müdafiəsinə yeni qoşulan vəkil Şahin Rəfiyev cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Hakim isə vəsatəti təmin etməyib.

Sonra A.Çovdarovun vəkilləri cinayət işinə xitam verilməsi, onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətlər verib. Vəsatətlər təmin edilməyib.

Daha sonra vəkil Kamandar Nəsibov A.Çovdarovun barəsində xarici mütəxəssislərin iştirakı ilə məhkəmə-tibbi ekspertizası keçirilməsi barədə vəsatət qaldırıb. Hakim vəsatəti qismən təmin edib və A.Çovdarov barəsində yerli mütəxəssislər tərəfindən ekspertiza təyin olunub.

Prosesdə məhkəmə istintaqı açıq elan edilib. Hazırda prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Proses noyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - A.Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədrov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Tərtər rayonunda ev yanıb
Tərtər rayonunda ev yanıb
Bakıda restoranda yanğın olub
Bakıda restoranda yanğın olub
Bakıda yanğın var: Küçədə hərəkət dayndırılıb (VİDEO)
Bakıda yanğın var: Küçədə hərəkət dayndırılıb (VİDEO)
Loading Bars
Xəbər lenti
Tərtər rayonunda ev yanıb
Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb
"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb
Prezident İlham Əliyev: Ermənistanda faktiki olaraq diktatura qurulub
Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik
Azərbaycan Prezidenti: Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır
Prezident İlham Əliyev: Ermənistanın məqsədi işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır
Azərbaycan Prezidenti: Biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq
Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
Prezident İlham Əliyev: Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir
Prezident İlham Əliyev: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var
Prezident İlham Əliyev: Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir
Azərbaycan Prezidenti: Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir
Prezident İlham Əliyev: Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edib (FOTO)
Bakıda restoranda yanğın olub
Pakistanlı ekspert: Ermənistan İslamafobiyanın dövlət siyasəti olduğu bir ölkədir
Bakıda 127 obyekt karantin qaydalarını pozduğuna görə cərimələndi
Bakıda yanğın var: Küçədə hərəkət dayndırılıb (VİDEO)
Meksika prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Böyük Britaniya bir sıra ölkələrdən gələnlərə yenidən karantın tətbiq edəcək
Prokurorluq Yusif İldırımzadənin qaynının öldürülməsi xəbərinə aydınlıq gətirdi
“Azərbaycan görüntü xatirinə danışıqlarda iştirak etməyəcək” – “Hədəf”də TƏHLİL
Sentyabrın 25-i üçün teledərslərin cədvəli açıqlanıb
Bakıda mənzildən iki qadın meyiti tapılıb
İsveçdə Böyük Britaniya səfirliyinin yaxınlığında şübhəli zərf aşkar edilib
BP mühəndislik ixtisasları üzrə təhsilə dəstəyini davam etdirir
Yeni dövrü başlayan Balaxanı: Sakinlər görülən işlərə görə minnətdarlıqlarını bildirirlər (VİDEO)
Araz Əzimov: Ermənistan rəhbərliyi münaqişənin həlli ilə bağlı təklifləri rədd etməklə danışıqları mənasız edir
İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb
Gürcüstan Prezidenti Azərbaycanın Xarici İşlər nazirini qəbul edib (FOTO)
“Aqroservis”: Azərbaycanda gübrə çatışmazlığı yoxdur
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Kənd Təsərrüfatı naziri Ağdaş və Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb (FOTO)
YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır
Ermənilər Azərbaycana qarşı təxribatları davam etdirir: Saxta paylaşımlarla Türkiyə-Azərbaycan əlaqələrinə "çamur atılır" (FOTOFAKT)
Prokurorluq Nərimanovdakı qətllə bağlı məlumat yaydı
Azərbaycan nefti bahalaşıb
DİM pandemiya dövründə həyata keçirilən tədbir və fəaliyyətləri açıqlayıb
Ombudsmanın Milli Preventiv Qrupu Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirib
PAŞA Bank AzerGold şirkətinin istiqraz emissiyasını müvəffəqiyyətlə yerləşdirmişdir
HHQ-nin təlim-döyüş uçuşları keçirilir (FOTO/VİDEO)
Ceyhun Bayramov Gürcüstan Parlamentinin Sədr müavini ilə görüşüb (FOTO)
Sabiq prokurorun qaynı evində amansızlıqla öldürüldü
BMT-nin Baş katibi: Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
DİM sədri: Builki buraxılış imtahanlarının nəticələri keçən illə müqayisədə daha yüksəkdir
Xarici işlər naziri: Gürcüstan-Azərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək
Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub (FOTO)
Gəncədə Azərbaycan Texniki Universitetinin tədris filialı açılıb (FOTO)
ÜST koronavirus haqqında şayiələrin təhlükəsi barədə xəbərdarlıq edib
Azərbaycanda ilk borc fondu təsis edilib
Məleykə Abbaszadə: Buraxılış imtahanlarında xarici dildə danışma qabiliyyətini yoxlaya bilməyəcəyik
Dövlət Turizm Agentliyinin və AQTA-nın səlahiyyətləri artırılıb
Bu şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək - DİM sədrindən AÇIQLAMA
Sentyabrın 25-də manatın dollara qarşı məzənnəsi
Yelo Bank yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi
Azercell-in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
Təhsil naziri “World Skills International” (WSI) təşkilatının rəhbər heyəti ilə görüşüb (FOTO)
Pərvin Kərimzadə: Ölkə Prezidenti qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı
Ali məktəblərdə boş qalan yerlərin sayı açıqlandı
İqtisad Universitetinin bir qrup əməkdaşı fəxri ad və ordenlərlə təltif edildi
Bu rayonda koronavirusa yoluxan 48 aktiv xəstə var - 11 nəfər isə dünyasını dəyişib
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
İqtisad Universitetinin professoru Əli Həsənova Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM
Pakistan səfiri: Azərbaycan çətin dövrlərdə Qoşulmama Hərəkatına bacarıqla rəhbərlik edir
Kamran Əliyev prokurorluğun ictimai köməkçiləri ilə görüşüb (FOTO)
Yüksək balla ali məktəbə qəbul ola bilməyənlərin sayı açıqlandı
Ceyhun Bayramov Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb (FOTO)
Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir
Deputat: Ermənistan rəhbərliyi Soros Fondunun tapşırıqlarını yerinə yetirir
Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfərinin yekunlarına dair məlumat yayılıb (FOTO/VİDEO)
Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi (FOTO)
XİN Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı məlumat yaydı - SİYAHI
Məhkəmə Hüquq Şurasının növbəti iclası keçirildi
Məktəblərdə koronavirusla mübarizə üçün dəstək komandaları yaradılıb (FOTO)
Korrupsiya faktına görə Sabirabad məhkəməsinin hakiminə töhmət verildi
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
Mikayıl Cabbarov: “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün böyük perspektiv vəd edir
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub (FOTO)
Bu gün 19 şagirddə koronavirus aşkarlanıb
“Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Azərbaycanda Elektron Su Portalı istifadəyə verilib (FOTO)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi hesabat verdi (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 25 min nəfəri keçib
Qızını zəncirləyən atanın cinayət işi məhkəməyə göndərilib
Mingəçevir Dövlət Universitetinə qəbul olan abituriyentlərin nəzərinə
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçilib
Aİ: Koronavirusla bağlı vəziyyət mart ayı ilə müqayisədə daha pisdir
Səhiyyə Nazirliyinin şöbə müdiri pandemiya dövründə təhsil müəssisələrindəki vəziyyətdən danışıb
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb (FOTO)
Hərbi Hava Qüvvələrinin gecə təlimləri keçirilib (FOTO/VİDEO)
Mikayıl Cabbarov: “AzerGold” istiqrazları vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacaq (FOTO)
LafargeHolcim elmi əsaslı hədəflərlə Sıfır Emissiya Öhdəliyi imzalayıb
Bakıdakı qurumuş ağaclar götürülməsə, digər ağaclara da xəstəlik keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanda İLK olan layihənin icrasına harda başlanılıb? (FOTO)
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
Bütün xəbərlər