...

Dizaynını istədiyiniz zaman dəyişə biləcəyiniz idman ayaqqabısı (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2016 13:22 (UTC +04:00)
Dizaynını istədiyiniz zaman dəyişə biləcəyiniz idman ayaqqabısı istehsal olunacaq.
Dizaynını istədiyiniz zaman dəyişə biləcəyiniz idman ayaqqabısı (FOTO)

Bakı. Trend:

Dizaynını istədiyiniz zaman dəyişə biləcəyiniz idman ayaqqabısı istehsal olunacaq. Vixole adlı startap Indiegogo-da, ekranı olan "ağıllı” idman ayaqqabısı layihəsinə start verib.

Sözügedən startap, hətta idman ayaqqabılarının işlək prototiplərini də təqdim edib. Komanda lazım olan 30.000 dollar vəsaiti yığmaqla yanaşı, hətta onu ikiqat artırıb. Ekran ayaqqabının arxa hissəsinə yerləşdirilib. Onun üzərində olan yarışəffaf örtük isə ekranı sudan qoruyur. Bununla da, istifadəçi ayaqqabını yağışlı və qarlı havada da geyinə bilər.

Ayaqqabılar 3 versiyada - qara və ağ rənglərdə satışa çıxarılacaq. Mobil tətbiq vasitəsilə həmin ekranda istənilən görüntünü və ya animasiyanı əks etdirmək mümkün olacaq. Vixole Plus modelində isə addımları sayan xüsusi ötürücülər də yerləşdirilib. Bu modelin daha bir özəlliyi onun yerimə tempi və musiqi ritminə uyğun dizaynını dəyişməsidir. Ayaqqabılar vibrasiya vasitəsilə istifadəçini gəlmiş zənglər, yeni ismarıclar barəsində də məlumatlandıracaq.

Vixole OLED isə adından da göründüyü kimi, OLED ekranla təchiz olunub. Lakin komanda bu modeli 300 ədəd az tirajla satışa çıxaracaq. Diqqətinizə çatdıraq ki, ayaqqabılar iki saat müddətində enerji ilə təmin olunduqda 8 saat çalışa bilirlər. Yeni istehsal olunan bu ayaqqabıların 2017-ci ilin İyun ayında satışa çıxarılacağı gözlənilir.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqqında xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. "Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında. Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz: Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6 https://www.youtube.com/TexnoPark https://www.facebook.com/AZTexnoPark/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti