• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

“Azərenerji”də Heydər Əliyevin anım mərasimi keçirilib

12 Dekabr 2016 17:58 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Bu gün “Azərenerji” ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, mərasimdə millət vəkilləri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov və İnsan hüquqları komitəsinin üzvü Əflatun Amaşov iştirak ediblər.

Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev vurğulayıb ki, ulu öndər Heydər Əliyev istər birinci, istərsə də ikinci rəhbərliyi dövründə bütün imkanlardan məharətlə istifadə edərək çalışıb ki, Azərbaycan qüdrətli respublikaya çevrilsin: "Cənubi Qafqazda indinin özündə belə ən iri istilik elektrik stansiyası olan Azərbaycan İES-in əsasının qoyulması, onun enerji bloklarının bir-birinin ardınca istismara verilməsi Heydər Əliyevin uzaqgörənliyi sayəsində mümkün olub. Ulu öndər müstəqillik dövründə cəmiyyətin və dövlətin həyatında mühüm və strateji yeri və rolu olan elektroenergetika sahəsinin inkişaf etdirilməsini əsas prioritet kimi müəyyənləşdirib. Nəticədə, Azərbaycanda elektrik enerjisi qıtlığı aradan qaldırılıb, kifayət qədər elektrik enerjisi potensialı yaradılıb”.

Ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin sağlam təməllər üzərində yaradılan milli inkişaf strategiyasının yüksələn xətlə inkişaf etdirilməsinə səbəb olduğunu vurğulayan natiq bildirib ki, dövlət başçısının “Hər bir bölgədə güclü energetika potensialı yaradılmalıdır” prinsipi ilə biz nəinki özümüzü elektrik enerjisi ilə təchiz edə bildik, hətta bu sahədə regionun güc mərkəzinə çevrildik: “Heydər Əliyev fenomeni bütün parametrləri ilə örnəkdir. Hər birimiz onun memarı olduğu müstəqil Azərbaycanın daha da qüdrətlənməsi yolunda var gücümüzlə bundan sonra da çalışmalıyıq!”

Sonra Milli Məclisin üzvü Aydın Hüseynov çıxış edərək, bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə Azərbaycanın müstəqil gələcəyini görərək, xalqın milli mənlik şüurunun oyanması və respublikanın iqtisadi asılılığının aradan qaldırılması üçün həyata keçirdiyi tədbirlərdən geniş soz açıb.

Sonra Milli Məclisin üzvü Əflatun Amaşov çıxış edərək, Heydər Əliyevin işıqlı həyat yoluna nəzər salıb. Onun bütün dövrlərdə ən böyük amalının Azərbaycanın tərəqqisi olduğunu qeyd edib. Bildirib ki, ulu öndərin misilsiz xidmətləridir ki, milli kadrlar hazırlanıb, dünya şöhrətli mədəniyyət, ədəbiyyat və elm xadimlərimiz inkişaf edərək tanınıb.

Sonda akademik Arif Həşimov ulu öndərin milli inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da inamla və ardıcıllıqla davam etdiriləcəyinə əminliyini ifadə edib. Bu gün ölkəmizdə qazanılan misilsiz nailiyyətlərin birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, ulu öndərin müstəqil Azərbaycana on illik rəhbərliyi dövründə zaman baxımından dövlətimiz bir neçə onilliyə sığa biləcək inkişaf yolu keçib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Azərenerji
Digər xəbərlər
“Azərenerji” ASC yanvarda qonşu ölkələrə 191.9 milyon kvts elektrik enerjisi ixrac edib
Energetika 4 Fevral 15:46
“Azərenerji” işçi axtarır
Cəmiyyət 2 Fevral 14:24
Azərbaycan elektrik enerjisi istehsalını artırmağı planlaşdırır
Cəmiyyət 27 Yanvar 12:15
Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?
İqtisadiyyat 25 Yanvar 20:19
Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası "Azərbaycan" 3 ilə tamamilə yenidən qurulacaq (ÖZƏL)
Energetika 25 Yanvar 12:12
“Azərenerji”: Yüksək gərginlikli ötürmə xətlərində heç bir açılma və qəza halı baş verməyib
İqtisadiyyat 18 Yanvar 10:32
Xəbər lenti
Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edildi
Cəmiyyət 12:18
Gənclər və idman komitəsinin tərkibi dəyişdirildi
Siyasət 12:16
Milli Məclisin və iki komitənin səlahiyyətlərinə dəyişiklik təsdiq olundu
Siyasət 12:15
Bakı sakininin evindən 2 kq-a yaxın heroin tapılıb
Hadisə 12:14
Goranboyda canavarların kəndlərə hücumu ilə bağlı İşçi Qrup yaradıldı
Gündəm 12:07
"Unibank" bütün təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 11:59
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
İqtisadiyyat 11:53
Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə növbəti görüşün VAXTI müəyyən edildi
Siyasət 11:45
Ötən gün ən çox qar BU ƏRAZİLƏRƏ yağıb
Gündəm 11:42
Ən çox oxunanlar
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda maraqlı anlar (FOTO)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda maraqlı anlar (FOTO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah Yeni bölüm
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır (MÜSAHİBƏ)
Nəzər nöqtəsi
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)

Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)

Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
Rusiyalı deputat: Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır
Ekspert: Məişət zəminində baş vermiş insident azərbaycanlı-çeçen dostluğuna ziyan vura bilməz
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri