...

Azərbaycanın İntellektual Birincisi - Bakı şəhəri turniri keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2016 13:08 (UTC +04:00)
Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual Birincisi" layihəsinin Bakı şəhəri üzrə 11 rayonun iştirakı ilə sonuncu seçim turu keçirilib.
Azərbaycanın İntellektual Birincisi - Bakı şəhəri turniri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycanın İntellektual Birincisi" layihəsinin Bakı şəhəri üzrə 11 rayonun iştirakı ilə sonuncu seçim turu keçirilib.

“Azərbaycanın İntellektual Birincisi” layihəsinin Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Sabunçu, Suraxanı, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhəri turniri keçirilib.

Açılış mərasimində YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, İrəli İctimai Birliyinin sədri MirHəsən Seyidov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov çıxış edib.

Açılış mərasimindən sonra 4 intellektual oyuna ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") start verilib. Bakı şəhərində 11 rayonun iştirakı ilə keçirilən sonuncu seçim turunda "Nə? Harada? Nə zaman?", "Xəmsə" intellektual oyunlarında Yasamal rayonu, "Vətəni Tanı" intellektual oyununda Nizami rayonu, "Axtar-tap" intellektual oyununda Binəqədi rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti