...

Azərbaycanda yeni həşəratlar tapılıb

Cəmiyyət Materials 12 Yanvar 2017 20:52 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu Qafqazın və Azərbaycanın faunası üçün yeni olan hörümçəklər və digər həşəratlar aşkar edib.
Azərbaycanda yeni həşəratlar tapılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu tərəfindən Qafqazın və Azərbaycanın faunası üçün yeni olan hörümçəklər və digər həşəratlar aşkar edilib.

Bu barədə Trend-ə İnstitutun direktoru Elman Yusifov məlumat verib.

E.Yusifovun sözlərinə görə, tədqiqatlar nəticəsində 1 növ hörümçək (Alioranus pastoralis) Qafqaz faunasında, 1 cins (Odontoscirus), 2 növ gənə (Odontascirus iota, Brevipalpus phoenicis) və 4 növ hörümçək (Anagraphis pallens, Dysdera armeniaca, Tapynocyba pallens, Thyreosthenius parasiticus) Azərbaycan faunasında ilk dəfə tapılıb.

E.Yusifov deyib ki, azərbaycanlı alimlər həm də elm üçün ilk dəfə 5 növ otbiçənin (Mediostoma izmirica Snegovaya, Rilaena caucasica Snegovaya, Rilaena silhavyi Snegovaya, Opilio rossicus Snegovaya, Opilio morini Snegovaya) və 1 növ hörümçəyin (Pterotricha pseudoparasiriaca) təsvirini veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti