Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda əmək pensiyasının miqdarının təyin edilməsi sistemi dəyişdiriləcək.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir qeyd edib ki, hazırda müvafiq qanun layihəsi parlamentdədir və yaxın vaxtlarda profil komitələrdə müzakirəsi başlayacaq.
S.Müslümov bildirib ki, dəyişikliklər arasında əmək pensiyalarının baza hissəsi anlayışının ləğvi də var.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2017-ci il tarixli sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılıb.