Azərbaycanda istehsal olunan fındığın 90 faizi xarici ölkələrə ixrac edilir

Azərbaycanda istehsal olunan fındığın 90 faizi xarici ölkələrə ixrac edilir

Bakı. Trend:

Azərbaycanda istehsal olunan fındığın 90 faizi xarici ölkələrə ixrac edilir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

O qeyd edib: "Möhtərəm cənab Prezident. Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək nəticəsində bütün sahələrdə uğurlar qazanılıb, siyasi və iqtisadi sabitlik təmin edilib, hərtərəfli tərəqqiyə və inkişafa nail olunub.

Fındıq istehsalı ölkəmizin kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Azərbaycana məxsus ata-baba sortu dünyada ən keyfiyyətli və ən bahalı fındıq növlərindəndir".

İ.Orucovun sözlərinə görə, fındıqçılıq qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir: "Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Belə ki, ötən ildə ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. İxracımız əsasən İtaliya, Rusiya və Almaniyayadır. Ümumilikdə, keçən il 25-ə yaxın ölkəyə fındıq ixrac etmişik. Keçmiş illərdən fərqli olaraq, istehsalçılarımız xarici ölkələrə artıq birbaşa məhsul ixrac edirlər. Bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolu böyükdür. Təşkil olunmuş çoxsaylı biznes-forum, ixrac missiyaları və işgüzar görüşlərdə iştirak etmiş və potensial idxalçılarla əlaqə yaratmışıq. Biz yeni dəstək mexanizmlərindən, xüsusilə ixracın təşviqi və “Made in Azərbaycan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanırıq. Bununla yanaşı, məhsulun artırılması məqsədilə dövlət tərəfindən fındıq istehsalçılarına 10 milyon manat məbləğində güzəştli kreditlər verilib. Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı 2016-cı il 16 noyabr tarixli Sərəncamınızı xüsusilə qeyd etmək istəyirəm. Dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi və yeni bağların salınması fındıq istehsalının və ixracının artmasına böyük töhfə verəcək.

Cənab Prezident, qeyri-neft sektorunun inkişafına və sahibkarlığa göstərilən bu dəstək tədbirlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Məlumat üçün bildirmək istərdim ki, fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 25 mindən çox ailə-fermer təsərrüfatı çalışır. Bu sahədə səmərəliliyin artırılması, dəyər zəncirinin formalaşdırılması və işin əlaqəli şəkildə aparılması vacibdir. Bu məqsədlə ötən il İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasını yaratmışıq".

O əlavə edib ki, Assosiasiyanın qarşısında duran vəzifə fındıq istehsalının inkişafını yeni mərhələyə çatdırmaq, məhsullarımızı yeni bazarlara çıxarmaq, istehsal texnologiyalarına dair təcrübə mübadiləsini təmin etmək, iş adamlarının qarşısında dayanan çağırışların həlli üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdir:

"Cənab Prezident, bu sahənin potensialı böyükdür. İstehsalın və ixracın artırılmasına nail olmaq üçün assosiasiya üzvləri adından bir sıra təklifləri irəli sürmək istərdim: fındıq ixracı ilə bağlı prosedurların sadələşdirilməsi və sürətləndirilməsi; əsas istehsal bölgələrində laboratoriyaların açılması və laborator analizlərin aparılmasının təkmilləşdirilməsi; fındıq istehsalının artırılması üçün maliyyə resurslarına çıxış, o cümlədən güzəştli kreditlərin genişləndirilməsi; ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin əlavə olunması (hazırda həmin mexanizmə yalnız emal olunmuş fındıq daxildir və assosiasiyamızın üzvləri ancaq bu təşviq imkanlarından yararlanır); fındıqçılıq sahəsində yüksəkixtisaslı aqronom və texnoloqların hazırlanması.

Möhtərəm cənab Prezident, fındıqçılığın inkişafı və qeyri-neft ixracının artırılması ilə bağlı verdiyiniz tapşırıqların icra olunmasında biz sahibkarlar üzərimizə düşən məsuliyyəti dərk edirik. Sahibkarlara verdiyiniz hərtərəfli dəstəyə görə Sizə minnətdarlığımızı bildirir və əmin edirik ki, bu istiqamətdə bütün səylərimizi səfərbər edəcəyik".

“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Loading Bars
Xəbər lenti
Avropada "omikron" ştammı ilə 44 yoluxma halı qeydə alınıb
ABŞ-da məktəbdə atışma olub, 3 nəfər həlak olub
Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı - Selcuk Bayraktar
Aİ nümayəndəliyinin rəhbəri helikopterin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib
Laçının işğaldan azad edilməsindən bir il ötür
Türkdilli ölkələrin əlaqələri yeni mərhələdə (VİDEO)
İtaliyanın Azərbaycandakı səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
Brüssel görüşündən gözləntilər nələrdir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
STAR neft emalı zavodu idxalını azaldıb
Qəzaya uğrayan helikopter 24 nəfərlik olub
Güclü duman səbəbindən AZAL-ın təyyarəsi hava limanına qayıtmağa məcbur olub
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb
“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
Fransanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycan qaz ixracını 34 faiz artırıb
Britaniya səfiri helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Bu il dünya ticarəti 23 faiz artacaq - BMT
Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin mütəxəssisləri üçün imtahan keçirilib (FOTO)
Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz - Elçin Quliyev
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib
Prezident İlham Əliyev helikopterin qəzaya uğraması ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırıb
Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək - DSX rəisi (VİDEO)
İran XİN helikopter qəzası ilə bağlı ölkəmizə başsağlığı verib
Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib (FOTO/VİDEO)
Helikopter qəzası ilə bağlı yaradılan istintaq qrupu Sənan Paşayevin icraatına verilib
Mətbuat Şurası Tofiq Yusifin vəfatı ilə bağlı nekroloq yayıb
Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib (FOTO)
Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq
Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib
Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
İsrail səfiri Azərbaycana başsağlığı verib
Əlaqələndirmə Qərargahının ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib (FOTO)
Helikopterin qəzaya uğramasında hər hansı kənar müdaxilənin olması istisna edilir - Baş Prokurorluq
600 min manatı Şamxal Həsənliyə vermişəm - Vüqar Səfərlinin məhkəməsindən
Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə başsağlığı verib
Daha 4 müəssisədə pozuntular aşkarlanıb
Binəli Yıldırım helikopter qəzası ilə bağlı başsağlığı verib
Dekabrın 1-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda mülki geyimli polislər maskadan istifadə etməyənlərə qarşı reydlər keçirib (VİDEO)
Prokuror Zakir Sultanova 12 il cəza istədi
“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib (FOTO)
Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır - Hərbi ekspert
Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub (FOTO)
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
Bəzi avtobusların hərəkət sxemlərində dəyişiklik edildi
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Lənkəranda “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi olub
Hərbi helikopterin qəzaya uğradığı yerdən görüntülər (FOTO/VİDEO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 678 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
Azərbaycan dili fənni üzrə sınaq imtahanı keçiriləcək
İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Helikopter qəzasında 14 nəfər həlak olub - ADLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
İşğaldan azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı barədə müzakirə aparılıb (FOTO)
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
30 tona yaxın yararsız məhsul məhv edilib
"JP Morgan" ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)
Magistraturaya hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçiriləcək
Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub
Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olan zaman baş verib
Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq - Səttar Möhbalıyev
AccessBank-da iş var
Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb
Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib (YENİLƏNİB)
Xəzər dənizində zəlzələ olub
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib
“Gənclərin biznes emalatxanası” layihəsinə start verilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Küçədə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma aparılır
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
Bütün xəbərlər