Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iş planı təsdiq edilib (FOTO)

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iş planı təsdiq edilib  (FOTO)

Bakı. Trend:

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasın gündəliyində Komissiyanın təşkilati məsələlərinin, o cümlədən 2017-ci il üçün iş planının, reqlamentinin, embleminin və üzvlük vəsiqəsi formasının layihələrinin müzakirəsi yer alıb.

İclası giriş sözü ilə açan Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan makroiqtisadi sabitlik və inkişaf proseslərinin sosial-iqtisadi məsələlərin həlli yönündə mühüm addımların atılması, əmək və sosial müdafə sisteminin təkmilləşdirilməsi ilə müşahidə olunduğunu vurğulayıb: “Bu sahədə, xüsusən sosial-əmək münasibətləri sahəsində islahatların reallaşdırılmasında sosial tərəfdaşların - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə səmərəli fəaliyyəti xüsusi önəm kəsb edir. 2016-cı ilin sentyabrında hər üç qurumun nümayəndələrindən ibarət olmaqla Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması ölkəmizdə ümumən sosial-iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsinə öz töhfəsini verə bilən fəal sosial partnyorluq sisteminin formalaşmasına imkan yaradıb”.

S.Müslümov əmək və sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırda mühüm işlərin aparıldığını qeyd edib: “Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətinin bir istiqaməti bu sahə üzrə hazırlanan yeni normativ-hüquqi aktların layihələrinin geniş müzakirəsi, rəy və təkliflər əsasında onların təkmilləşdirilməsidir. Bununla əlaqədar Komissiyanın cari il üçün iş planında “İşsizlikdən sığorta haqqında”, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında”, “Məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi haqqında”, “İşəgötürənlər birlikləri haqqında” qanunların layihələrinin, Nazirlər Kabinetinin “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərar layihəsinin və s. müzakirəsi yer alıb. Həmçinin bu il ərzində “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsinin də Komissiya tərəfindən müzakirəsi nəzərdə tutulur”.

Nazir bildirib ki, ümumiyyətlə, əmək və sosial müdafiə sahəsində hər bir yeni qanunvericilik layihəsi sosial dialoq şəraitində müzakirə olunmaq üçün Komissiyanın iclaslarına çıxarılacaq. Bu da müvafiq sahədə hüquqi bazanın inkişaf etdirilməsində sosial partnyorların iştirakını daha da genişləndirməyə və onların imkanlarından maksimum istifadəyə yönəlib: “Hazırda Beynəlxalq Əmək Təşkilatının gündəliyində dayanan aktual məsələlərdən biri də iş yerlərində müasir texnologiyaların tətbiqinin getdikcə genişləndiyi və bu səbəbdən işçi qüvvəsinə tələbin azalmaqda olduğu şəraitdə əməyin gələcəyinin necə olacağıdır. 28 Aprel-Beynəlxalq Əməyin Mühafizəsi günü ərəfəsində bizim də belə bir mövzuda, yəni “Əməyin gələcək sferası” mövzusunda sosial tərəfdaşlarla birgə müzakirələr aparmağımız məqsədəuyğun olar”.

İclasda bir sıra dəyişikliklər nəzərə alınmaqla Komissiyanın 2017-ci il üçün iş planı, habelə üzvlük vəsiqəsi forması səs vermə əsasında qəbul edilib. Komissiyanın reqlamenti və embleminin isə iştirakçılar tərəfindən verilən təkliflər əsasında təkmilləşdirilərək yenidən müzakirəyə çıxarılması qərara alınıb.

Qeyd edək ki, ötən ilin oktyabr ayında yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının hər birindən 5 nümayəndə təmsil olunur.

İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb
"Starship" gəmisinin prototipi ABŞ-da keçirilən sınaqlarda uğurlu eniş edib
"Starship" gəmisinin prototipi ABŞ-da keçirilən sınaqlarda uğurlu eniş edib
Loading Bars
Xəbər lenti
Gəncə Dövlət Universiteti ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib (FOTO)
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır
26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam
Ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib (FOTO/VİDEO)
Şuşaya çəkilən ikinci yolda işlər sürətləndirilib
Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq
Şuşada İsa Bulağına yol çəkiləcək
Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır
Qarabağda “yaşıl enerji” zonasının yaradılması üçün Yaponiya şirkəti ilə müqavilə imzalanıb
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək
Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir
Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir
Qazaxıstan şirkəti Azərbaycanda “ağıllı" kənd və şəhər layihələrində iştirak edəcək
Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsi dünya ədəbiyyatında özünəməxsus yer tutur (FOTO)
İstanbulda yaşayış binası çökdü (VİDEO)
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)
Sabah 25 dərəcəyədək isti olacaq
Bundan sonra da vaksinlərin gətirilməsi təmin ediləcək - Teymur Musayev
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi yenidən qurulur (VİDEO)
Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur
Ağdam rayonunun Qarapirimli kəndi (FOTO/VİDEO)
Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək (FOTO/VİDEO)
Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI
Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsiz və effektivdir - Teymur Musayev
Bu tarixdən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır - RƏSMİ
Xəstəxanalarda boşalan çarpayıların sayı artmaqdadır - Nazir müavini
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah
İki-üç gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənərək təhvil veriləcək - Agentlik rəsmisi
Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq - Teymur Musayev
İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA
Koronavirusla bağlı bizi və dünyanı narahat edən məlumatlar Hindistandan daxil olur - Yaqut Qarayeva
"Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb
Operativ Qərargah brifinq keçirib (VİDEO)
İndiki vəziyyətdə Minsk qrupu yalnız bölgədə sülhün təmin edilməsinə dəstək ola bilər - Deputat
Qərbi Azəri platformasında hasilat bərpa edilib
Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb
Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir
Ermənistanda 5 mindən çox fərari əfv olunur
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bakıda ötən gün 40-a yaxın ağac aşıb, 4 avtomobilə ziyan dəyib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Daxili Qoşunların Vətən müharibəsində iştirak edən hərbçisi vəfat edib (FOTO)
Azərbaycanda qızıl bahalaşıb
Hadrutda müharibədən sonra hər şey, o cümlədən erməni kilsəsi toxunulmaz qalıb - Rusiya nəşri
Qohumunun avtomobilini sökərək ehtiyat hissələrini satdı
Meşədə narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Bakıda ana və övladı son anda ölümdən xilas oldu (VİDEO)
Baydenlə Putin Bakıda görüşə bilər
Ermənilərin azərbaycanlılara qarşı nifrəti nəsildən-nəslə təlqin edilib - Politoloq
Bakıda 6 evdən pul, qızıl-zinət əşyaları oğurlayanlar yaxalanıb
İki qardaş mağaza sahibinin qollarını bağlayıb soyğunçuluq etdilər (FOTO)
10 noyabr Bəyanatının yerinə yetirilməsi ilə bağlı narahatlığa əsas yoxdur - Ramil Usubov
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Ermənistan siyasi dairələrinin qisas yönümlü bəyanatlarını ciddi qəbul etmirəm - Təhlükəsizlik Şurasının katibi
Azərbaycanlı həkim koronavirusdan dünyasını dəyişib
MÜSİAD rəsmiləri Bakı Dövlət Peşə Təhsil Mərkəzini ziyarət edib (FOTO)
Mayın 6-da xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanın Şuşada Qazançı kilsəsinin təmirinə başlaması tolerantlığın göstəricisidir
BMT Baş Assambleyasının rəhbəri Ermənistanın 1915-ci il hadisələri ilə bağlı iddialarına cavab verdi
"Starship" gəmisinin prototipi ABŞ-da keçirilən sınaqlarda uğurlu eniş edib
Jurnalistlər “Zəfər yolu”nun tikintisi ilə tanış olmaq məqsədilə Füzuliyə yola düşüblər
ABŞ Dövlət katibi Ukraynaya səfərə gəlib
"Moderna" peyvəndinin üçüncü dozasının COVID-19-un yeni ştammlarına qarşı təsirli olduğu göstərilib
Teledərslərin mayın 6-na olan cədvəli açqılanıb
İsrail ordusu Suriyada "Hizbullah"ın mövqelərini atəşə tutub
Türkiyədə son sutkada koronavirusdan 38 218 nəfər sağalıb
Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib
İmişlidə evdə yanğın olub
Mingəçevir Dövlət Universitetində "Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür" mövzusunda dəyirmi masa keçirilib (FOTO)
ATƏT-in Minsk Qrupu saxlanılan ermənilərin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayıb
Ermənistanda Sergey Lavrovun səfərinə qarşı etiraz aksiyası keçirilib
Qəbələdə minik avtomobilləri toqquşub, ölən var
Kommunikasiya yollarının açılması Ermənistan üçün prioritet məsələ olmalıdır - Paşinyan
Qırğızıstanda ölkə hökuməti Nazirlər Kabineti ilə əvəz olunub
30 il ərzində heç bir müsbət irəliləyişə nail olmayan Minsk Qrupuna artıq gərək yoxdur - TƏHLİL
Milli Məclisin Sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb (FOTO)
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb (FOTO)
Bu şəxslərə özünütəcrid müddəti başa çatandan sonra SMS gəlməyə bilər
Ombudsman Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair HESABAT hazırlayıb
Dünyada aviadaşımalara tələb 7 faizdən çox artıb
Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar - Əli Əsədov
Azərbaycanla üç ölkə arasında Birgə Komissiyaların tərkibi təsdiqlənib
“Startap üçün yeni imkanlar” mövzusunda məlumatlandırıcı vebinar keçiriləcək
Qrız, Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA
Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
“Əsas Məsələ”də Ermənistandakı erkən seçkilərə hazırlıq və bu ölkədəki mövcud xaos müzakirə olunub (VİDEO)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)
Putinlə Ərdoğan Qarabağı müzakirə edib
Türkiyəyə dəstək: UNEC ailəsi hər zaman qardaş Türkiyənin yanındadır
Bütün xəbərlər