...

Ağdam İcra başçısı: Prezidentin fərmanını məcburi köçkünlər rəğbətlə qarşılayıb

Cəmiyyət Materials 15 Fevral 2017 13:49 (UTC +04:00)
Bəzi məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanıb.
Ağdam İcra başçısı: Prezidentin fərmanını məcburi köçkünlər rəğbətlə qarşılayıb

Bakı. Samir Əli - Trend:

Bəzi məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanıb.

Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı bildirib ki, bu fərman bir daha sübut etdi ki, Prezident İlham Əliyev əhalinin, xüsusən də məcburi köçkünlərin problemlərini daim diqqətdə saxlayır və bu problemlərin həllinə çalışır:

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqları onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödəniləcək

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqları onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödəniləcək

"Cənab prezidentin bu addımı məcburi köçkünlərə diqqət və qayğısının növbəti təzahürüdür. Bu fərman məcburi köçkünlər tərəfindən yüksək səviyyədə qiymətləndirilir, onlar dövlət başçısına təşəkkürlərini bildirirlər. Hazırda həmin kateqoriyaya aid olan ərazilərin müəyyənləşdirilməsi ilə məşğuluq, əhali ilə görüşürük. Bu, məcburi köçkünlərin indiki vəziyyətində vaxtında verilmiş qərardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti