Bakı. Samir Əli - Trend:
Azərbaycan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Trend-in məlumatına görə, mərasimdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 158 yazı təqdim olunub:
"Bu göstərici ötən müsabiqələrə nisbətən çoxdur. Bu da jurnalistlərin müsabiqəyə marağının hər il artdığına işarədir. Müsabiqədə yenə də 1, 2 və 3-cü yerlər üzrə qaliblər müəyyən edilib. Əvvəlki müsabiqələrdən fərqli olaraq, bu dəfə yalnız 1-ci yer üzrə qaliblərə diplomlar təqdim olunacaq. 2-ci və 3-cü yerlərin qaliblərinə isə yalnız pul mükafatı təqdim ediləcək".
Çıxışlardan sonra müsabiqənin qaliblərinin adları açıqlanıb.