...

Səudiyyə Ərəbistanı Şahzadəsi: Bakı Forumu vacib məsələlərin müzakirəsi üçün çox ümidverici məkandır

Cəmiyyət Materials 16 Mart 2017 13:54 (UTC +04:00)
Artıq 5 ildir davam edən Qlobal Bakı Forumu çox ümudverici bir məkandır.
Səudiyyə Ərəbistanı Şahzadəsi: Bakı Forumu vacib məsələlərin müzakirəsi üçün çox ümidverici məkandır

Bakı. Elçin Mehdiyev – Trend:

Müxtəlif ölkələrdən liderlər, siyasətçilər dünya üçün vacib olan məsələlərin müzakirə edilməsi üçün bu foruma qatılıblar. Artıq 5 ildir davam edən Qlobal Bakı Forumu çox ümidverici bir məkandır.

Trend-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal deyib.

O bildirib ki, burada insanlar bir araya gəlir, dialoq aparırlar:

"Mən üçüncü dəfədir Bakıya gəlirəm. Bakı çox gözəl şəhərdir. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr sadəcə bəyan edilməməlidir, yerinə yetirilməlidir".

Qeyd edək ki, bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti