...

Vəzifəli şəxslər üçün yeni məsuliyyət müəyyənləşdirildi

Cəmiyyət Materials 29 Mart 2017 10:28 (UTC +04:00)
Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda dəyişiklik edib.
Vəzifəli şəxslər üçün yeni məsuliyyət müəyyənləşdirildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabinetinin (NK) 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda dəyişiklik edib.

NK-dan Trend-ə verilən məlumata görə, “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın Fondun vəsaitlərinin istifadə edilməsilə bağlı bölməsinə yeni əlavə edilib.

Əlavəyə görə, vəzifəli şəxslər Fondun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti