...

Komitədən atası tərəfindən xüsusi amansızlıqla öldürülmüş uşaqla bağlı AÇIQLAMA (ÖZƏL)

Cəmiyyət Materials 30 Mart 2017 14:28 (UTC +04:00)
Sabirabadda 7 yaşlı Röyaminin atası tərəfindən başına çəkiclə vurularaq öldürülməsi də məişət zorakılığıdır.
Komitədən atası tərəfindən xüsusi amansızlıqla öldürülmüş uşaqla bağlı AÇIQLAMA (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Bəzən məişət zorakılığını ər-arvad arasında olan zorakılıq kimi qəbul edirlər. Ancaq Sabirabadda 7 yaşlı Röyaminin atası tərəfindən başına çəkiclə vurularaq öldürülməsi də məişət zorakılığıdır”.

Bunu özəl olaraq Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

7 yaşlı Röyamin Məmmədovun ölümünün uşağa qarşı ən dəhşətli zorakılıq faktı olduğunu deyən T.İbrahimova hazırda cinayətlə bağlı araşdırmaların aparıldığını söyləyib:

“Belə görünür ki, valideyn evdə özünü bir valideyn kimi aparmayıb və ailədə belə hallar tez-tez olub. Problem ondadır ki, bu barədə məlumatı olan şəxslər aidiyyatı qurumlara vaxtında müraciət etsəydilər, alədə olan problemlərlə bağlı məlumatları vaxtında ötürsəydilər, bəlkə də baş vermiş hadisənin qarşısını almaq olardı. Təəssüf ki, çox zaman belə halları ailə məsələsi sayırlar. Lakin uşaqlara qarşı hər cür zorakılıq qadağandır, hər cür qəddar rəftar yolverilməzdir. Bu, həm beynəlxalq sənədlərdə, həm də Azərbaycan qanunvericiliyində var”.

Uşağa qarşı cinayət onun öz valideyni tərəfindən törədildikdə həmin valideynə qarşı qanunvericlik əsasında daha sərt tədbirlərin görülə biləcəyi ilə bağlı məsələlərə gəldikdə isə T.İbrahimova deyib ki, Cinayət Məcəlləsində bununla bağlı ayrıca müddəa yoxdur. Lakin Cinayıt Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanlara qarşı cinayətin törədilməsi ağırlaşdırıcı hal hesab edilir.

Qeyd edək ki, martın 28-də Sabirabad rayonunun Ulacalı kəndində yaşayan - əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində həyat yoldaşı Günel Məmmədova ilə aralarında baş verən münaiqşə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti