...

Trend və Slovakiyanın TASR dövlət agentliyi tərəfdaş olub

Cəmiyyət Materials 3 Aprel 2017 18:26 (UTC +04:00)
“Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Slovakiyanın İnformasiya Agentliyi (TASR) arasında əməkdaşlıq və məlumat mübadiləsi barədə saziş imzalanıb.
Trend və Slovakiyanın TASR dövlət agentliyi tərəfdaş olub

Bakı. Trend:

“Trend” Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Slovakiyanın İnformasiya Agentliyi (TASR) arasında əməkdaşlıq və məlumat mübadiləsi barədə saziş imzalanıb.

Sazişi “Trend” BİA-nın baş direktoru İlqar Hüseynov və TASR-ın baş direktoru Yaroslav Reznik imzalayıblar.

Sazişə əsasən, tərəflər daimi şəkildə bir-birini Slovakiyanın və Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı barədə operativ məlumat-təhlil və multimedia materiallarla təmin edəcəklər. Sazişdə agentliklərin təkcə xəbərlərlə yox, həm də foto və videomateriallarla mübadilə apara biləcəyi barədə bəndlər yer alıb.

Saziş həmçinin TASR və “Trend”in əməkdaşları arasında təcrübə mübadiləsini nəzərdə tutur.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Trend BİA-nın tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların, xüsusilə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan xəbərlərini bu ölkələrin və həmçinin, bütün dünya auditoriyası üçün istehsal edir.

TASR Slovakiyanın informasiya bazarında lider olan milli müstəqil müəssisədir. Agentlik hər il 250 000 xəbər, eləcə də foto və videomateriallar dərc edir. TASR xəbərlərini ingilis və slovak dillərində təqdim edir və bir çox beynəlxalq jurnalist təşkilatı və xəbər agentlikləri ilə tərəfdaşlıq münasibətlərinə malikdir.

Xəbər lenti

Xəbər lenti