...

Qanunları pozan 5500-dən çox şəxs Azərbaycandan çıxarılıb

Cəmiyyət Materials 5 Aprel 2017 19:53 (UTC +04:00)
Ötən il Azərbaycanda ölkədə yaşama və olma qaydalarını pozan 26.435 əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkar edilib.
Qanunları pozan 5500-dən çox şəxs Azərbaycandan çıxarılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən il Azərbaycanda ölkədə yaşama və olma qaydalarını pozan 26.435 əcnəbi və vətəndaşlığı olmayan şəxs aşkar edilib.

Trend-in məlumatına görə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, o cümlədən 5.523 nəfər ölkə hüdudlarından kənara çıxarılıb.

Əcnəbilərin əmək istismarına cəlb olunması ilə bağlı Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin müraciətləri əsasında aparılmış araşdırmalarla məcburi əmək faktı aşkar edilməyib. Lakin əmək qanunvericiliyinin tələblərinin pozulması halları movcud olub ki, bununla bağlı müvafiq xətaları törətmiş şəxslər barəsində inzibati tənbehlər tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti