...

Bakının bir neçə mərkəzi küçəsində hərəkət çətinləşəcək

Cəmiyyət Materials 5 Aprel 2017 17:10 (UTC +04:00)
Piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri davam etdirilir.
Bakının bir neçə mərkəzi küçəsində hərəkət çətinləşəcək

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri davam etdirilir.

Qurumun mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, anoloji işlər bu gecə Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində də aparılacaq.

Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti