...

Azərbaycanda parklar fərqli normalarla qurulacaq

Cəmiyyət Materials 14 Aprel 2017 10:14 (UTC +04:00)
Azərbaycanda bəzi mədəniyyət və istirahət parklarının tabeçiliyi dəyişdirilib. Bununla yanaşı, müfəssəl plana görə, salınacaq parklar həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun yaşıllıqla təmin ediləcək.
Azərbaycanda parklar fərqli normalarla qurulacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bəzi mədəniyyət və istirahət parklarının tabeçiliyi dəyişdirilib. Bununla yanaşı, müfəssəl plana görə, salınacaq parklar həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun yaşıllıqla təmin ediləcək.

Trend-in məlumatına görə, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda edilən dəyişikliyə görə, mədəniyyət və istirahət parkları “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"ndan çıxarılıb.

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan çıxarılmış mədəniyyət və istirahət parkları onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

Bununla bağlı “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nda dəyişiklik edilib.

Hazırda müfəssəl plan hazırlanarkən bir sıra amillərlə yanaşı, parklar və başqa yaşıllıq əraziləri, qısamüddətli istirahət məqsədi ilə çadır qurmaq üçün yerlər, çimərlik yerləri, həmçinin qəbiristanlıqlar nəzərdə tutulur.

Yeni dəyişikliyə görə isə müfəssəl plan hazırlanarkən orada yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun parkların salınması nəzərdə tutulmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti