...

Birləşən iki bankın əməkdaşları ixtisara düşəcək?

Cəmiyyət Materials 21 Aprel 2017 11:54 (UTC +04:00)
“Atabank” və “Caspian Development Bank”ın birləşməsindən sonra yeni bankın rəhbərliyinin əməkdaşları ixtisar etmək niyyəti yoxdur
Birləşən iki bankın əməkdaşları ixtisara düşəcək?

Bakı. Azad Həsənli - Trend:

“Atabank” və “Caspian Development Bank”ın birləşməsindən sonra yeni bankın rəhbərliyinin əməkdaşları ixtisar etmək niyyəti yoxdur.

Trend-in məlumatına görə, bunu “Caspian Development Bank”ın Müşahidə Şurasının sədri Fərəh Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda “Caspian Development Bank”da 100, “Atabank”da 415 əməkdaş çalışır.

Qeyd edək ki, aprelin 19-da "Caspian Development Bank” və “Atabank”ın birləşməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti