...

Müəllimlərin iş yerini yerdəyişməsi və işə qəbulu üçün sənəd qəbulunun tarixləri açıqlandı

Cəmiyyət Materials 17 May 2017 10:12 (UTC +04:00)
Azərbaycan təhsil naziri Mikayıl Cabbarov 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi məqsədi ilə “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə” əmr imzalayıb.
Müəllimlərin iş yerini yerdəyişməsi və işə qəbulu üçün sənəd qəbulunun tarixləri açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi məqsədi ilə “Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə” əmr imzalayıb.

Trend-in məlumatına görə, əmrə əsasən, peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu bu əmr ilə təsdiq olunmuş Qaydalar əsasında mərkəzləşdirilmiş imtahanda iştirak edərək müvafiq keçid balı toplamış şəxslər sırasından Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibə yolu ilə aparılacaq.

Əmrlə 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilib. Siyahıda adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək.

Cari il iyunun 5-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılmasını və təhlilini təmin ediləcək.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla 25 may – 15 iyun tarixlərində təşkil olunacaq.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 1-14 iyul tarixlərində elektron ərizələrin qəbulu aparılacaq.

Yerli təhsili idarəetmə orqanları vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla 25 may 2017-ci il tarixinə kimi proqram təminatına daxil edilməsini təmin etməlidirlər.

Müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin 15.09.2017-ci il tarixinədək bağlanılmasını təmin ediləcək.

Ərazi maliyyə hesablaşma mərkəzləri ilə birlikdə aidiyyəti üzrə Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər üzrə ödənişlərin vaxtında verilməsini təmin etməlidirlər.

Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi olaraq iş yerini dəyişən və işə qəbul olunan müəllimlər, həmçinin mövcud vakant yerlər haqqında 20.09.2017-ci il tarixədək Təhsil Nazirliyinə müəyyənləşdirilmiş formada məlumat təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti