...

"Milli sərvətimizdir, Muğam" konserti keçiriləcək

Cəmiyyət Materials 17 May 2017 13:56 (UTC +04:00)
Heydər Əliyev Sarayında mayın 31-də muğam ifaçılarının iştirakı ilə “Milli sərvətimizdir, Muğam” adlı konsert proqramı keçiriləcək.
"Milli sərvətimizdir, Muğam" konserti keçiriləcək

Bakı. Trend:

Heydər Əliyev Sarayında mayın 31-də muğam ifaçılarının iştirakı ilə “Milli sərvətimizdir, Muğam” adlı konsert proqramı keçiriləcək.

Konsertdə tanınmış xanəndələr, Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Simarə İmanova, Əməkdar artist Sevinc Sarıyeva və muğam müsabiqələrinin qalibi və laureatları olan muğam ifaçıları Sərxan Bünyadzadə, Ariz Hüseynov, Nigar Rəhimova, Günay İmamverdiyeva, Mehman Hüseynov, Elgiz Əliyev, Xətai Hacıyev, Babək Şuşalı, Rüstəm Rüstəmzadə, Səfalı Mirzəliyev, Kamilə Nəbiyeva, Vüqar Qarabağlı, Hüseyn Məlikov, Sədəf Budaqlı, Ayşən Mehdiyeva, Ağaşükür Nəsirov, Habil Nuran iştirak edəcəklər.

Saat 19:00 –da baş tutacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Biletlərin pulsuz çatdırılması : (070) 600 - 00 – 60

Konsertin informasiya dəstəyi Trend.az, Day.az, Milli.az, Apa.az, Lent.az və Vesti.az-a məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti