Londonda BP-nin baş ofisində İngiltərə-Azərbaycan Cəmiyyəti ilə birgə BP şirkətinin Azərbaycanda fəaliyyətinin 25 illik yubileyi qeyd edilib (FOTO)

Londonda BP-nin baş ofisində İngiltərə-Azərbaycan Cəmiyyəti ilə birgə BP şirkətinin Azərbaycanda fəaliyyətinin 25 illik yubileyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Londonda BP-nin baş ofisində şirkətin və İngiltərə -Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə BP-nin Azərbaycanda fəaliyyətə başlamasının 25 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə BP şirkətinin kommunikasiya, xarici əlaqələr və cənub dəhlizi üzrə vitse-prezidenti xanım Emili Olsen, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayeva, Cəmiyyətin Britaniya tərəfdən həmsədri Lord German, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən diasporumuzun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə tədbirdə çıxış edən akademik Nərgiz Paşayeva qonaqları salamladı və BP-nin Azərbaycanda fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd etdi: “BP şirkətinin tarixi keçən əsrin əvvəlindən başlayıb. Bu böyük, maraqlı, sanki romanı xatırladan bir tarixdir. Bugünkü nailiyyətlər bir gündə və bir anda əldə edilməyib. Əziyyətli, enişli, yoxuşlu yol olub. İlk əvvəl, başlanğıcda fəaliyyət şərqdə qurulmuş və daha sonradan ərazilər, coğrafi dairə böyümüş – Şərq, Qərb, Şimal, demək olar ki, bütün dünya əhatə edilmişdir. BP-nin geniş fəaliyyət xəritəsində Azərbaycan ünvanı da kənarda qalmamışdır.

Fikir verin ki, Azərbaycanın ikinci müstəqilliyinin yaşı BP şirkətinin ölkəmizdə əməkdaşlığının yaşı ilə eynidir – 25 ildir. Müstəqillik hər bir ölkə üçün əsəs şərt, dəyərdir. Amma müstəqil olmaq Tərəfdaşsız olmaq deyil. Müstəqilliyimizin ilk günlərindən BP ilə əməkdaşlıq Azərbaycanın müstəqilliyini qoruyan faktorlardan birinə çevrildi. Bu doğru seçim Azərbaycanda tək neft sektorunu dirçəltmədi, həm də bizim vətəndaşları və ölkəni müdafiə edən strateji amil rolunu oynadı. Belə hadisələr tarixdə iqtisadi məzmunla yanaşı, böyük tarixi məzmun və əhəmiyyət daşıyır.

Bu gün ilk dəfədir ki, BP-nin ofisində, əməkdaşlar arasındayam. Buna çox sevinirəm. Şadam ki, 25 illik yubiley münasibəti ilə Sizi təbrik etməyə və təşəkkür bildirməyə gözəl şansım var.

25 il ərzində siz həm işlədiniz, həm öyrətdiniz, həm də öyrəndiniz. Öyrəndiniz dedikdə mən, əlbəttə, neft hasilatını nəzərdə tutmuram. Siz Azərbaycanı, onun insanlarını, mədəniyyətini, musiqisini, mətbəxini, gündəlik həyatını izlədiniz və müşahidə etdiniz. Amma tək müşahidə etmədiniz – mədəni, elmi, maarif, tədris layihələrinə dəstəyinizi verdiniz. Beləliklə, təbii sərvəti - nefti - milli nailiyyətlərə çevirməkdə köməklik göstərdiniz.

Bu dövr ərzində BP-nin həyata keçirdiyi mədəni layihələrin bir neçəsinin adını çəkmək istərdim. BP Azərbaycanın Hacıqabul, Şəmkir, Yevlax, Goranboy, Kürdəmir kimi bölgələrinin məktəblərində 6 kitabxananın açılmasına yaxından dəstək olub. BP Azərbaycan şirkəti Hacı ZeynalabdinTağıyev haqqında kitab-albom (“H.Z.Tagiyev’s book-album”), "Təbrizin sehrli nağılları" (“Mysterious Tales of Tabriz”),"Sarılar, Qarabağ atının izi ilə" (“ Sarilar-a jorney to the Karabakh horse”),“Mənim tanıdığım Vaqif” (“Vagif as I knew him”) kitablarının nəşrinə sponsorluq edib, “Azərbaycan obyektivdə” (“Azerbaijan through the lens”) adlı fotosərginin London, Paris, Jeneva və Avropanın digər şəhərlərində keçirilməsini təşkil etmişdi. BP-nin dəstəklədiyi digər layihə isə Bakı muzeylərinə pulsuz girişin təşkil ediliməsidir. 9000 adam indiyədək bu lahiyədən faydalana bilmişdi. Bu illər ərzində BP 100 dən artıq azərbaycanlı tələbənin ABŞ-da, Britaniyada, Rusiyada və Türkiyədə təhsil almağına köməklik göstərib və Qafqaz Universitetində 2 fakultənin və 16 laboratoriyaların açılmasına sponsorluq edib. Həmçinin, BP Bakıda təhsil alan bakalavr və magistr dərəcəli tələbələrin geologiya üzrə yay sahə təcrübəsini təşkil edib. Şirkət Azərbaycanda neft və qaz ixstisasları üzrə təhsil alan tələbələrə xüsusi mükafatlar təsis edib. Mükafatlar Bakının və Gəncənin müxtəlif universitetlərinə yüksək balla qəbul olmuş 150-dən artıq birinci kurs tələbəsinə verilib. Bu mükafat tələbələrə BP tərəfindən maliyyələşdirilən və ali təhsil alarkən qazanacaqları texniki bilikləri layiqincə tamamlayan 10 aylıq təlim kursu vasitəsilə texniki ingilis dili vərdişlərini təkmilləşdirmək imkanı verir”.

Akademik N.Paşayeva rəhbərlik etdiyi Moskva Dövlət Universitetinin Bakı filalının tələbələrinin də BP şirkətinə böyük marağını və şirkətin əməkdaşlarının hər il Filialda işə qəbulla bağlı geniş təqdimat keçirdiklərini, tələbələr üçün müxtəlif mövzularda seminarlar təşkil edildiyini vurğulamışdır. Hazırda BP Azərbaycan şirkətində MDU-nun Bakı Filialının 10 məzununun çalışdığı qeyd edilib.

Akademik N.Paşayeva çıxışının sonunda bu layihələrin həyata keçirilməsindəki dəstəyə görə, cənab Gordon Birrelə xüsusi təşəkkürünü bildirib. Həmçinin, həmkarı Lord German başda olmaqla, iştirakçılara və tədbirin təşkil edilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.

Təqdimat ilə çıxış edən BP şirkətinin kommunikasiya, xarici əlaqələr və cənub dəhlizi üzrə vitse-prezidenti xanım Emili Olsen BP-nin Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edilib ki, şirkət ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda ilk ofisini açıb. Ötən 25 il ərzində Azərbaycan Hökuməti ilə olan tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr (Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK)) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevrilməklə onun inkişafına töhfə verib.

Bütün bu uğurlar şirkətin Azərbaycanda qurduğu mükəmməl tərəfdaşlıqdan və ölkə qarşısında etibarlı tərəfdaş kimi götürdüyü uzunmüddətli öhdəlikdən irəli gəlir. BP Azərbaycan iqtisadiyyatının güclənməsinə və böyüməsinə böyük töhfələr verib, Azərbaycan üçün möhtəşəm iqtisadi inkişafın təməlini təşkil edən yeni əhəmiyyətli gəlir axınını təmin edib, Azərbaycanın dünyanın digər ölkələri ilə qurduğu yeni kommersiya əlaqələrində böyük rol oynayıb, dənizdə karbohidrogen hasilatı sektoruna əsasən müasir texnologiyaların inkişafına stimul verib, dünyanın ən müasir neft və qaz emalı qurğularından birinin inşa edilməsinə və dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranmasına nail olub. Şirkət on minlərlə iş yeri açmaqla sosial inkişafa töhfə verib, potensialın yaradılması, təlim, təhsilin inkişafı kimi sahələrə dəstək verib və ümumilikdə ölkənin bacarıq və səriştə bazasını gücləndirib, yüzlərlə kənd icmalarında davamlı inkişafı təşviq edib, bir çox sosial layihələrdə iştirak edərək mədəni irsin və idmanın inkişafına dəstək verib.

Xanım Emili Olsen BP-nin ən böyük lahiyələrinin Azəri-Çiraq-Günəşli və Şahdəniz olduğunu bildirib və Bakı-Tiblisi-Ceyhan, TANAP, TAP lahiyələri haqıında ətraflı məlumat verib, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə görülən işlərdən bəhs edib.

İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German BP-nin Azərbaycanda gördüyü işlərin böyük məmnunluq doğurduğunu ifadə edib, həmsədri olduğu Cəmiyyətin BP şirkəti ilə birgə gördüyü işlərdən danışıb. Akademik Nərgiz Paşayevaya dərin minnətdarlığını ifadə edən Lord German diqqətə çatdırıb ki, o, həqiqətən də Cəmiyyətin hər ötən gün daha da genişlənməsinə ən böyük töhfəsini verən insandır.

Lord German vurğulayıb ki, BP-nin Azərbaycanda fəalliyyətinin 25 illiyk yubleyi qeyd olunur və bu 25 ildə dünyada bir çox dəyişikliklər baş verib: yeni texnologiyalar, innovasiyalar və s. proseslər baş verir. Dünyamız necədə sürətli dəyişir. Belə bir sual doğur ki, dünya 10 ildən sonra necə olacaq? Sürətlə dəyişən dünyada bizlər üçün ən vacib məsələ bir-birimizlə olan əlaqəmizdir. İngiltərə-Azərbaycan Cəmiyyətinin də əsas məqsədi məhz bu əlaqələrdən keçir. Bizim əsas məqsədimiz Azərbaycan ilə Britaniya arasındakı mədəni yaxınlaşma və əlaqəni təmin etməkdir.

Lord German həmçinin İngiltərə-Azərbaycan Cəmiyyətinin tərəfdaşları və sponsorları ilə birgə gördüyü lahiyələr haqqında məlumat verib. Həmsədr, Azərbaycanın bir çox yerlərində əqli və fiziki qüsurlu uşaqların çoxsaylı sosial fəalliyyət istiqamətləri ilə təmin edilməsini, talassemiya xəstəliyindən əziyyət çəkənlərə lazımı yardımın göstərilməsini, Britaniya ilə Azərbaycan arasında ekspertlər mübadiləsini nümunə göstərib. Daha bir çox nümünələrin olduğunu qeyd edən Lord German bütün bunların Britaniya və Azərbaycan arasında insani münasibətlərin daha da inkişaf etməsinə, hər iki ölkənin cəmiyyətlərinin bir-birinə yaxınlaşmasına böyük töhfə verdiyini diqqətə çatdırıb. Bütün görülən işlərdə BP-nin Cəmiyyətə olan dəstəyinin təqdirəlayiq olduğunu vurğulayıb.

Sonda tədbir iştirakçıları BP-nin Azərbaycanda 25 illik fəaliyyətini əks etdirən video-çarxa baxıblar.

Vaqif Dərgahlı: Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır
Vaqif Dərgahlı: Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır
Loading Bars
Xəbər lenti
Hindistanda təyyarə sərt eniş edib, 20 nəfər ölüb
Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib
"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb
Vaqif Dərgahlı: Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır
Bakıda 13 yaşlı oğlan dənizdə batıb
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Xarici İşlər naziri Ceyhun Bayramov “Hədəf”in suallarını cavablandırıb
Hacıqabulda partlayış baş verib (VİDEO)
İdman yarışlarına icazə verilir
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları "bioloji silah" adlandırdı
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu! (FOTO)
Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır - Azər Badamov
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə edib (FOTO)
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir (VİDEO)
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Neftçalada xəstə olmayan adamlara saxta arayış satan baş həkim tutuldu (VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi
FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb
BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)
Bəxtiyar Əliyev: Pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatının dayanıqlılığı və əhalinin sosial müdafiəsi təmin olunub
Rusiyada şərablı dondurma istehsal edilib
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
AQTA 103 obyektdə nöqsan aşkarladı
Roma papası Livana maliyyə yardımı edib
BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmini açıqlayıb
Qabiliyyət imtahanı verəcək abituriyentlərin qeydiyyatına başlanılır
Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit
Bu il baş verən yanğınlarda 23 nəfər həlak olub
Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlanıb
Avqustun 10-da dolların manata qarşı məzənnəsi
“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib
Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Zirə qəsəbəsinin yaşayış massivləri qazlaşdırılır (FOTO)
AzTV-nin yeni sosial çarxı - "Mən səni Azərbaycan qədər sevirəm" (VİDEO)
Polis paytaxtda reydlər keçirib
Ölkə ərazisinə 30 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alındı (FOTO/VİDEO)
Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb
Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı açıqlandı
Hakimliyə namizədlər yazılı imtahan veriblər
21 adda dini kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb
Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir
ÜST Livana 15 milyon dollar yardım üçün dünya ictimaiyyətinə müraciət etdi
"AccessBank”ın simaları - İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Zəhra Zeynalova: Xanımlar işlərinə daha sadiqdirlər (FOTO)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Kamaləddin Qafarov: Yeni idarəetmə sisteminə keçid iqtisadi islahatların növbəti mərhələsidir
Neftçalada Kürdə batan gəncin meyiti tapılıb
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib (FOTO)
Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib (FOTO/VİDEO)
Komitə: Xaricdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var
COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi
Bakıda qəza: Avtobuslar gecikdi (FOTO)
Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib
Beyləqanda əxlaqsız yuva aşkar edilib
Bakıda və bölgələrdə "od tutub yanan" bağ evi qiymətləri
Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman
Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib
PAŞA Sığorta KASKO sığortası əldə etmək istəyən müştərilər üçün rahat ödəniş planı təklif edir!
Azərbaycan ağır pandemiya dövründə həm də sosial dövlətçilik siyasətini möhkəm ənənəyə çevirə bilmiş ölkə kimi tanındı - Ekspert
Yusif Səfərov küçəsində yeni yol qovşağının yaradılması işləri yekunlaşır (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 18 mini ötüb
Sumqayıtda zavodda baş verən yanğın söndürülüb
Azərbaycan nefti ucuzlaşıb
Rusiyada koronavirusa yoluxanların sayı 877 mini keçib
Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək
Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
Rinqə qondarma rejimin bayrağı ilə çıxan erməni idmançı cəzalandırıldı
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirilir - Deputat
Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib
Biləsuvar sakini qohumu tərəfindən qətlə yetirilib
Kürdə 1 nəfər batıb
13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki açıqlanıb
Cəlilabadda karantini pozan iki kafe aşkarlandı
Sumqayıtda baş verən yanğının ilkin səbəbləri açıqlanıb - RƏSMİ
Sumqayıtdakı yanğında yaralanların 6-sı Bakıya gətirilib (YENİLƏNİB)
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Azərbaycanda restoranı “zooparka” çevirən sahibkar cəzalandırıldı
Nazir: İl ərzində çox az vətəndaş iş yerini müəssisənin ləğvi, ixtisar və öz ərizəsi olmadan itirir
Pensiyaçıların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya almasını hədəfləyirik - Sahil Babayev
Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir
Nicat Hacızadə: Korporativ idarəetmə iqtisadi səmərəliliyi artıracaq
13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb - Nazir
Məhbuslar arasında xəstəlikdən ölüm halları azalıb
Bütün xəbərlər