...

Quran kursları ilə bağlı RƏSMİ xəbərdarlıq

Cəmiyyət Materials 24 May 2017 13:02 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qanunsuz Quran kursları ilə bağlı xəbərdarlıq edib.

Trend-in məlumatına görə, M.Qurbanlı bildirib ki, dövlət Quran kurslarının olmasına etiraz etmir: “Lakin Quran kursları yalnız məscidlər daxilində olmalıdır və Qafqaz Müsəlmanları İdarəsindən rəsmi icazə alınmalıdır. Evlərdə Quran kursları təşkil etmək olmaz”.

M.Qurbanlı qeyd edib ki, QMİ-dən icazəsiz Quran kursları açan insanlar qanunla üz-üzə qalacaqlar:

“Quran kursu adı altında heç bir səlahiyyəti olmayan adam gəncləri hansısa radikal qrupa yönəldə bilər. Bu baxımdan rəsmi icazə olmadan Quran kursu təşkil etmək qətiyyən yolverilməzdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti