...

İşğal altındakı yanğınların yaşayış məntəqələrimizə təhlükəsi varmı? - RƏSMİ CAVAB

Cəmiyyət Materials 8 İyun 2017 21:37 (UTC +04:00)
Erməni hərbi birləşmələrinin Ağdam rayonunun işğal altında olan ərazilərində yanğın törətmələri adi haldır.
İşğal altındakı yanğınların yaşayış məntəqələrimizə təhlükəsi varmı? - RƏSMİ CAVAB

Bakı. Samir Əli - Trend:

Erməni hərbi birləşmələrinin Ağdam rayonunun işğal altında olan ərazilərində yanğın törətmələri adi haldır.

Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı bildirib ki, ermənilər hər il yay mövsümündə işğal altındakı ərazilərə od vururlar:

"Bu, hər il təkrarlanır. İşğal altındakı ərazilərdə quru ot, kol-kosları hər il yandırıb sensasiya yaratmaq istəyirlər. Bu il də həmin əraziləri yandırırlar. Bizdə olan ərazilər tam nəzarət altındadır. Yanğının bizim nəzarətimiz altında olan ərazilərə, yaşayış məntəqələrinə keçmək təhlükəsi yoxdur. Azərbaycan Silahlı Qüvvələri əraziləri tam nəzarətdə saxlayırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti