...

Bakıda torpağın qiyməti bahalaşıb

Cəmiyyət Materials 29 İyun 2017 22:30 (UTC +04:00)
May ayı ərzində Bakıda torpaq bazarında 0.6 faiz qiymət artımı qeydə alınıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Bakıda torpağın qiyməti bahalaşıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən ay Bakıda torpaq bazarında 0,6 faiz qiymət artımı qeydə alınıb.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, Bakıda torpaq bazarında bu il ərzində qiymət artımı 11,5 faiz təşkil edib.

Ekspert bildirib ki, yaz aylarında adətən danşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur:

"Ancaq yayda qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan isə yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti