...

Sabahdan bulvarın bağlı hissəsi açılacaq

Cəmiyyət Materials 21 İyun 2017 18:12 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı işlər plana uyğun həyata keçirilir.
Sabahdan bulvarın bağlı hissəsi açılacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı işlər plana uyğun həyata keçirilir. Bunu özəl olaraq Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, artıq Formula 1-in rəsmiləri, komandalar, xarici media nümayəndələri Bakıya gəlir: “Yarışın keçirilməsi üçün lazım olan bütün avadanlıqlar artıq Bakıya gətirilib”.

N.Arpadarai əlavə edib ki, Dənizkənarı Bulvar ərazisində yarışma ilə bağlı bütün əyləncə vasitələri quraşdırılıb: “Sabahdan etibarən o zona bileti olan insanlar üçün açıq olacaq. Hələ ki, hər şey normal qaydada gedir. Cümə günündən etibarən konsertlər başlayacaq və 3 gün ərzində davam edəcək”.

Qeyd edək ki, iyunun 23-25-də Bakıda Formula 1 yarışları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti