...

Axşam saatlarından etibarən bu küçədə hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 21 İyun 2017 15:28 (UTC +04:00)
Avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.
Axşam saatlarından etibarən bu küçədə hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Bu gün axşam saat 22:00-dan etibarən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti