...

"Mercedes"in geri çağırdığı avtomobillər Azərbaycana gətirilib?

Cəmiyyət Materials 29 İyun 2017 18:26 (UTC +04:00)
"Mercedes-Benz" şirkəti sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədar Rusiyadan 3500-ə yaxın avtomobili geri çağırıb.
"Mercedes"in geri çağırdığı avtomobillər Azərbaycana gətirilib?

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycana sükan mexanizmində qüsurlar olan “Mercedes-Benz ” avtomobilləri gətirilməyib.

Bunu Trend-ə “Daimler AG” şirkətinin “Mercedes” avtomobilləri üzrə baş nümayəndəliyi “AvtoKapital Azərbaycan” MMC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, sifarişlərdən asılı olaraq hər ölkəyə müxtəlif partiya avtomobillər tədarük edilir:

“Azərbaycana bu partiyalardan avtomobil gətirilməyib, ona görə də “Mercedes” markalı avtomobillərin geri çağırılması gözlənilmir”.

"Mercedes" 3500-ə yaxın avtomobili geri çağırıb

"Mercedes" 3500-ə yaxın avtomobili geri çağırıb

Qeyd edək ki, "Mercedes-Benz" şirkəti sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədar Rusiyadan 3500-ə yaxın avtomobili geri çağırıb.

Geri çağırılma 2012-ci ildə satılan C sinif və 2013-14-cü illərdə satılan G sinif avtomobillərə şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti