...

Avropa Olimpiya festivalında iştirak edən idmançılarımızla Olimpiya kəndində görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 24 İyul 2017 22:22 (UTC +04:00)
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abiyev və baş katibin müavini Azər Əliyev Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak edən idmançılarımızla görüşüblər
Avropa Olimpiya festivalında iştirak edən idmançılarımızla Olimpiya kəndində görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abiyev və baş katibin müavini Azər Əliyev Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak edən idmançılarımızla görüşüblər.

Trend-in məlumatına görə, Macarıstanın Gyor şəhərində idmançılarımızın məskunlaşdıqları Olimpiya kəndinə gələn MOK-un rəsmiləri atletlərin, məşqçilərin və nümayəndə heyətinin Olimpiya kəndindəki şəraiti ilə maraqlanıb, yarışlara hazırlıqla bağlı məlumatları dinləyib və idmançılarımızın qidalandıqları yeməkxanaya baş çəkiblər.

Səmimi şəraitdə keçən görüşdə Ağacan Abiyev ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişafına dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, beynəlxalq yarışlarda Azərbaycan atletlərinin qazandıqları uğurların yeniyetmə idmançılarımız üçün nümunə olduğunu və onların da Avropa Olimpiya Festivalında uğurlu nəticələr əldə edəcəklərinə inandığını vurğulayıb.

Görüşün sonunda idmançılarla xatirə şəkili çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti