...

Nazirlik bələdiyyə sədrinin müavinini cərimələdi

Cəmiyyət Materials 15 Avqust 2017 15:20 (UTC +04:00)
Tullantıların qalaqlanmasına görə bələdiyyə sədrinin müavini cərimələnib.
Nazirlik bələdiyyə sədrinin müavinini cərimələdi

Bakı. Trend:

Tullantıların qalaqlanmasına görə bələdiyyə sədrinin müavini cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Asif Ağakişiyev tərəfindən qəsəbə ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən Mehdiabad bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə formalaşan məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı və daşınmadığı aşkar edilib.

Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Mehdiabad bələdiyyəsinin sədr müavini Elşən Şıxəliyev barəsində protokol tərtib olunub və o inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti