...

Nazirlik: Atmosferdə tozun miqdarı artaraq hazırda normadan 52 faiz yuxarıdır

Cəmiyyət Materials 23 Avqust 2017 18:13 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.
Nazirlik: Atmosferdə tozun miqdarı artaraq hazırda normadan 52 faiz yuxarıdır

Bakı. Trend:

Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə tozun miqdarı saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.

Atmosfer havasında tozun miqdarı saat 09:00-da 20 faiz, saat 12:00-da 32 faiz, saat 15:00-da isə 40 faiz sanitar normadan yuxarı olub.

Qeyd edək ki, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti