...

DSMF əməkdaşları üçün seminar müşavirə keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2017 15:38 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 8 rayon şöbəsinin əməkdaşları üçün seminar müşavirə təşkil olunub.
DSMF əməkdaşları üçün seminar müşavirə keçirilib (FOTO)

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 8 rayon şöbəsinin əməkdaşları üçün seminar müşavirə təşkil olunub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycanın pensiya qanunvericiliyindəki son dəyişikliklər pensiya təminatı sisteminin müasir tələblərə uyğun təkmilləşməsinə, qabaqcıl dünya təcrübəsi əsasında pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsinə, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğun yaradılmasına imkan verib.

Bu barədə ƏƏSMN yanında DSMF-nin pensiya qanunvericiliyindəki son dəyişikliklərlə əlaqədar Masallı rayonunda keçirdiyi seminar-müşavirədə bildirilib.

Tədbirdə Fondun Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Biləsuvar, Neftçala və Cəbrayıl rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak ediblər. Seminar-müşavirədə Azərbaycan Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələr qeyd olunub. Tədbir zamanı “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli Qanunu, habelə bu Qanunun tətbiqi ilə bağlı Fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarının konkret fəaliyyət istiqamətləri barədə təqdimat və slaydlar vasitəsilə izahatlar verilib.

Tədbirdə 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyalarının məbləğinin şərti çevrilməsinin və qeyd olunan vaxtadək istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılması, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası, pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, pensiya kapitalının formalaşması barədə məlumat verilib. Həmçinin, pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, yaşa və əlilliyə görə pensiya hüququnun yaranması, yaşa görə pensiya məbləğinin hesablanması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydaları və s. diqqətə çatdırılıb. Seminar-müşavirə sualların cavablandırılması və müzakirə şəraitində davam edib.

Qeyd edək ki, DSMF pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşlarına izahatlar verilməsi üçün bundan öncə Bakı (Fondun aparatında) və Gəncə şəhərlərində, Xaçmaz rayonunda da seminar-müşavirələr keçirib. Ölkənin digər bölgələrində də bu məqsədlə tədbirlərin təşkil edilməsi nəzərə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti