...

Aida İmanquliyeva yaradıcılığına elmi seminar həsr olunub (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2017 20:38 (UTC +04:00)
"Şərqşünas alim Aida xanım İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusunda seminar keçirilib.
Aida İmanquliyeva yaradıcılığına elmi seminar həsr olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "Şərqşünas alim Aida xanım İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusunda seminar keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Tarix Muzeyində təşkil olunan seminarda Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin və Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri iştirak ediblər.

Seminarda muzeyin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva, elmi işçi Əli Fərhadov, Bilik Fondunun sektor müdiri Hacı Abdulla, BDU Şərqşünaslıq fakültəsinin dekan müavini Hüseyn Sadıqov, müstəqil tədqiqatçı-tərcüməçi Ramazan Əsgərli maraqlı məruzələrlə çıxış ediblər.

Bilik Fondunun Lektorlar qrupunun üzvü, gənc alim Əli Fərhadov "Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış" mövzusunda faktlara əsaslanan mühazirəsi xüsusi diqqətlə qarşılanıb. Tədqiqatçı Azərbaycanla ərəb dünyasının ədəbi, fəlsəfi-mədəni əlaqələrinin hərtərəfli tədqiqində tanınmış şərqşünas alim Aida İmanquliyevanın rolu və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verib.

Sonda iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti