İslam həmrəyliyinin Azərbaycan modelinin təbliğinə dair layihə çərçivəsində tədbir keçirilib

İslam həmrəyliyinin Azərbaycan modelinin təbliğinə dair layihə çərçivəsində tədbir keçirilib

Bakı. Trend:

Gəncliyə Yardım Fondunda “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İslam həmrəyliyinin Azərbaycan modelinin təbliğinə dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Onun sözlərinə görə, tədbirin keçirilməsinin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələri arasında İslam Həmrəyliyinin Azərbaycan modelini təbliğ etməkdir. S.Cəfərova ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərindən və Prezident İlham Əliyevin həmrəylik çağırışlarından danışıb: “Biz İslam Həmrəyliyinin Azərbaycan modeli dedikdə yalnız ölkəmizdəki müsəlmanların həmrəyliyini nəzərdə tutmuruq. Azərbaycanda yüz illərdir müsəlman, xristian, yəhudilər qardaşcasına yaşayır. Prezident İlham Əliyevin dediyi kimi bu bizim milli sərvətimiz və dəyərimizdir. Onu qoruyub saxlamaq hər birimizim borcudur”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elnarə Kərimova deyib ki, dünyanın təhlükəsizliyini, insanların sülh şəraitində yaşamasını təmin etmək üçün tolerantlıq, multikultural dəyərlərin təbliğ edilməsi zəruridir: "Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” və 2017-ci ili “İslam həmrəyliyi ili” elan edib. İslam həmrəyliyi ili elan edilməsi isə ölkədə əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərin, sülhün, barışın, dostluğun, birgə yaşayışın dünyaya ixrac edilməsinə öz mühüm töhfəsini verəcək. Münaqişələrin baş verdiyi bir dövrdə sabitlik, tolerantlıq, vəhdət, multikulturallıq nümunəsi olan Azərbaycan islam həmrəyliyini yaratmaq və bu prosesə öz töhfəsini vermək iqtidarındadır. Prezident İlham Əliyevin İslam həmrəyliyinə çağırışı bütün İslam dünyasında xalqların, ölkələrin, iqtisadi, mədəni, elmi əməkdaşlığına, eyni zamanda İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik və sülh ideyalarının daha da diqqət mərkəzinə çəkilməsinə xidmət edir”.

Azərbaycan Respublikası Alban udi xristian dini icmasının sədri Robert Mobili isə vurğulayıb ki,İslam həmrəyliyinin Azərbaycan modeli həm ölkədə,həm də dünyada bir tolerantlıq nümunəsi kimi qiymətləndirilir: “Azərbaycan multikultural dəyərləri ilə bütün dünyaya örnək olmaqla yanaşı, İslam həmrəyliyi baxımından da İslam dünyasına nümunədir”.

R.Mobilinin dediyinə görə, Azərbaycanda sülh məramının və qarşılıqlı ehtiram məfkurəsinin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb: “Zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı bir dönəmdə Azərbaycan dövləti bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir”.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Sirac Səfərov qeyd edib ki, İslam həmrəyliyi müasir dünyamızda yaranmış gərginliyin aradan qaldırılmasında çox mühüm rol oynaya bilər. Məhz buna görə Prezident İlham Əliyevin “İslam Həmrəyliyi İli” ilə əlaqədar irəli sürdüyü fikirlər yalnız Azərbaycana, ölkəmizdəki dini konfessiyalara, müsəlman aləmi ilə digər konfessiyalar arasında münasibətlərə aid olmaqla bərabər, eyni zamanda, bütün dünyada gedən proseslərə təsir göstərəcək bir hadisədir.

Bakı şəhəri Avropa Yəhudiləri Dini İcmasının ravvini Şneyr Şeqal vurğulayıb ki, Azərbaycan multikultural dəyərləri ilə bütün dünyaya örnək olmaqla yanaşı, İslam həmrəyliyi baxımından da İslam dünyasına nümunədir.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi Denis Sveçnikovun sözlərinə görə, Azərbaycanda dinlər arasında olan mövcud tolerantlıq, dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün nümunə ola bilər.İslam dini sülh dinidir, terrorizmdən çox uzaqdır.

İlahiyyatçı-alim Abbas Qurbanov isə bildirib ki,bütün dünyaya nəzər saldığımızda İslam və müsəlman dünyası üzərində oyun oynandığının şahidi oluruq: “70 il boyunca, yəni Sovet hakimiyyəti dövründə ibadətxanalarımız, məscidlərimiz insanların üzünə qapalı olub. Dini ədəbiyyat yox səviyyəsində, demək olar ki, olmayıb. Dini ibadətgahlar qapadılıb, dini vəsaitlər məhv edilib. Dini təbliğ və ibadətlər qadağan olunmuşdu. Ancaq Azərbaycan müstəqillik əldə etdikdən sonra, dövlətin dəstəyi ilə məscidlər təmir-bərpa olunmağa, ibadətgahlar açılmağa, dini təbliğ edən mütəxəssislər yetişməyə başladı. Dini ədəbiyyat, vəsaitlər çoxaldı. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə radikalizmdən uzaq dini ədəbiyyatlar işıq üzü görür. Bu da çox sevindirici bir haldır”.

Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Kaspersky: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də Windows 7 istifadə olunur
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur (FOTO)
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir
Loading Bars
Xəbər lenti
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib (FOTO)
Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (FOTO)
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm addım
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında qidanın mənimsənilməsi və digər qanun pozunutuları aşkarlanıb
AQTA sədri Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətini qəbul edib (FOTO)
Rusiya Azərbaycanın 126 pomidor istehsalı müəssisəsinə bu ölkəyə məhsul ixracına icazə verib
Türkiyyə ordusu PKK-nın məsul şəxsini zərərsizləşdirib (VİDEO)
Teledərslərin mayın 19-na olan cədvəli
Könül Nurullayeva AŞPA-nın komitə iclasında Azərbaycanda multikulturalizm ənənələrindən söz açıb (FOTO/VİDEO)
AzTV-nin verilişi Laçından yayımlanacaq (VİDEO)
Ruşvət alarkən saxlanılan gömrük əməkdaşlarının ADLARI açıqlandı, cinayət işi başlandı
Dövlət Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt”i fəaliyyətə başlayıb
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib (FOTO)
Mayın 19-na USD/AZN rəsmi məzənnəsi
Azərbaycanda istehlak qiymətləri indeksi sabitləşib - Dünya Bankı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır
Azərbaycanlı mütəxəssislərin hazırladığı rəqəmsal transformasiya layihəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldü
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilmiş konfransın materialları çap olunub
Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi
Xəyanət nəticəsində işğal edilən Laçın bu gün azaddır
Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV
“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 432 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir - XİN
Ermənistanda siyasi gərginlik: parlament niyə baş nazir seçə bilmir?
İspaniya 3 minə yaxın miqrantı Mərakeşə geri göndərib
QMİ sədri Türkiyənin yeni səfiri ilə görüşüb (FOTO)
Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir
Rüşvət almaqda təqsirləndirilən sabiq müstəntiqə hökm oxundu
Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir - Belarus müdafiə naziri
Prezident İlham Əliyev: Bu gün Belarus və Azərbaycan əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir
Avropa azərbaycanlıları soydaşlarımıza çağırış edib (FOTO)
Bakıda I sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlandı
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan bu ölkələrdən quş əti idxalına məhdudiyyət qoyub
“ASAP Career Academy” layihəsinin təqdimatı baş tutub (FOTO)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib (YENİLƏNİB) (VİDEO)
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Azərbaycanda qızıl və gümüş bahalaşır
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)
İranda ötən sutka 14 min nəfər koronavirusa yoluxub, 310 nəfər ölüb
Azərbaycanlılar BMT qərargahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)
Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir - Sevil Mikayılova
Qəbələ Dəmiryol Vağzalı (FOTOSESSİYA)
Dəmir yolunun çəkilişi Qəbələnin turizm imkanlarının inkişafı üçün vacibdir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
“Xarıbülbül” festivalı Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir - Tamam Cəfərova
Şirvan Reabilitasiya Mərkəzində 90-a yaxın hərbçi müalicə edilib
Dəmir yolu ilə yükdaşımalar artıb
“Rabitəbank”dan illik cəmi 15% ilə onlayn kredit
"Telegram"ın işində qüsurlar yaranıb
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Ermənistanın Azərbaycanın mədəni irsinə dağıdıcı rəftarı beynəlxalq hüququn pozuntusudur - Yaşar Əliyev
Sabah Bakıda 28, rayonlarda 35 dərəcəyədək isti olacaq
Yevlax bazarında nöqsanlar - Nehrə yağı adı ilə bitki yağları satılır (FOTO)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir
"8 Noyabr" stansiyasının şəhid Xudayarın səs yazısı ilə səsləndirilməsi montajdır - Metropoliten
1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmət göstərilib (FOTO)
Kəpəz dağında Nizami Gəncəvi zirvəsi təsis olunub (VİDEO)
Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin edilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir (SİYAHI)
Təlimlərin gedişi barədə məruzələr dinlənilib (FOTO)
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə infrastruktur işlərinə başlanılıb (VİDEO)
Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanılıb
Məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin akkreditasiyası keçiriləcək
Meksikada yük maşınında 9 nəfərin meyiti tapılıb
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
Qarabağda potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb
Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq? - ADY-dən açıqlama
Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib
Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur - Dövlət Turizm Agentliyi
Xırdalanda vaqon yanıb (ƏLAVƏ OLUNUB)
TAP-ın genişləndirilməsi ilə bağlı üç ssenari təklif edilir
TAP-la nəql olunan qazın həcmi açıqlanıb
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisinə başlanılıb (FOTO)
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
MDU-nun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar (FOTO)
TAP-ın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb
Bakıdan Qəbələyə ilk qatar yola düşüb (FOTO)
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
ABŞ Prezidentinin müşaviri Prezident İlham Əliyevə zəng edib
18 yaşlı dizayneri işdə "tok" vurub öldürdü
Binəqədidə bir neçə mağaza yanıb
Bu il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar il ərzində bir qədər azalıb
Kanada bu həftə 4,5 milyon doza koronavirus peyvəndi alacaq
Qazaxıstanda koronavirusa daha 1 837 nəfər yoluxub
Dördüncü sənaye inqilabı post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək - "Honeywell"
Misir İsraili Qəzzada tibb müəssisələrinə zərbələr endirməkdən çəkinməyə çağırır
Bu gündən Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır
Finlandiya Rusiya neftinin alışını tədricən azaldır
Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub
Misir Qəzza zolağına 65 ton tibbi avadanlıq və dərman göndərəcək
Bütün xəbərlər